Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib


Mayın 2-dən 4-dək İçərişəhərdə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı istifadəyə verilib. SİA xəbər verir ki, “Azərxalça” ASC-dən bildirilib ki, üç gün davam edəcək xalça bayramında iştirak etməyi arzulayan hər kəs bakucarpetfest.az saytından festival haqqında istənilən məlumatı əldə etməklə yanaşı, mayın 2-də baş tutacaq Beynəlxalq Xalça Formuna da qeydiyyatdan keçə bilər.

Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək.

Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.

Bütün suallar [email protected] ünvanına yönləndirilə bilər.

Əlaqəli Xəbərlər