ABŞ Prezidenti Donald Tramp Ukraynanın 50 milyard dollarlıq silah alma təklifini rədd edib. SİA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb. Nəşr iddia edir ki, Tramp Ukraynaya silah satmaqdansa, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda maraqlıdır. Mənbə yazıb ki, Tramp Putinlə diplomatik təmaslara diqqət yetirərək, razılaşmaya maraq göstərməyib. Amerika liderinin prioriteti ABŞ-yə iqtisadi fayda versə belə, Ukraynaya hərbi dəstəyi artırmaqdansa, Moskva ilə razılaşmalar əldə etməkdir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda ABŞ-dən 30-50 milyard dollara 10 hava hücumundan müdafiə sistemi və digər silahlar almaq istədiyini açıqlamışdı.