ABŞ-da Denverdən Edmontona uçan sərnişin təyyarəsinin mühərrikinə dovşan girib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mühərriki alovlanandan sonra təyyarə təcili eniş edib.
ABŞ-da Denverdən Edmontona uçan “United Airlines”a məxsus “Boeing 737” sərnişin təyyarəsinin mühərriklərindən birinə dovşan girib. Təyyarənin sağ qanadındakı mühərriklərdən biri havaya qalxdıqdan az sonra yanıb. Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra Denverə təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb. Bildirilib ki, pilot qülləyə dovşanın iki nömrəli mühərrikə girdiyini bildirib. Dovşanın uçuş zamanı mühərrikə girdiyi güman edilir.