ABŞ-da Ukrayna münaqişəsi ətçəkən maşın adlandırılıb

ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Bryus Ukrayna-Rusiya münaqişəsinin yalnız hərbi yolla həllinin mümkün olmadığı fikrini bildirib. Onun açıqlamaları ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffun cümə axşamı Avropalı müttəfiqləri ilə Ukrayna üzrə danışıqlar aparacağı vaxta təsadüf edir. Bu ətçəkəndir. SİA-nın məlumatına görə, Brüs Fox Business-ə müsahibəsində vurğulayıb ki, orada baş verənlərin hərbi həlli yoxdur. Yanvarda Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bəyan etmişdi ki, Ukrayna böhranının həllində məqsəd Ukrayna ordusunun döyüş qabiliyyətini bərpa etmək üçün qısamüddətli atəşkəs əldə…

Daha çox

5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakıda 122, 160A, 193, 195 və 503 nömrəli şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 16 may 2025-ci il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi…

Daha çox

İki qonşu ölkənin birliyinin töhfəsi: SABİTLİK VƏ İNKİŞAF

İki qonşu ölkənin, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinin dərin tarixi kökləri olduğu bəllidir. Ölkələrim arasında çox yaxşı, çox mehriban münasibətlər hələ bundan öncə də olub və dəfələrlə öz bəhrəsini də verib, yenə də öz bəhrəsini verməkdədir. Xüsusən də, enerji və nəqliyyat tranziti sahəsində birgə təşəbbüslər göz önündədir. Unutmaq lazım deyil ki, əvvəla, məhz həmin tranzitin, sinerjinin Cənubi Qafqaz regionunu beynəlxalq biznes üçün açıq effektiv biznes platformasına çevirməsi təkzibedilməzdir. Digər tərəfdən də, nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan və Gürcüstan olmaqla, bu iki qonşu ölkə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük…

Daha çox

Zərərli cizgi filmləri uşaqların psixologiyasına necə təsir edir?

Cizgi filmləri hər bir uşaqlığın ayrılmaz hissəsidir və əlbəttə ki, balacalar üçün, həm də böyüklər üçün ən populyar əyləncə növüdür. Cizgi filmləri hər bir uşaqlığın ayrılmaz hissəsidir və əlbəttə ki, kiçiklər üçün, həm də böyüklər üçün ən populyar əyləncə növüdür. Cizgi filmləri vasitəsilə uşaqlar ətraf aləm, öz emosiyaları, müxtəlif situasiyalarda yarana biləcək problem və maneələr, fantaziya, reallıq, dostluq və məsuliyyət haqqında məlumat əldə edə bilərlər. Tədqiqatçılar vurğuladılar ki, ətraf mühit, uşaqların qəbul etdiyi nümunələr və müşahidə etdikləri şeylər ardıcıl olaraq onların sonrakı davranışlarına təsir edir. Müassir dövrümüzdə isə uşaqlar xarici…

Daha çox

“Bank heç vaxt e-mail və ya telefonla kart məlumatlarını istəməz”

“Kartlardan vəsaiti yalnız reklamla çıxarmırlar. Ümumiyyətlə, vətəndaşın telefonuna zəng edirlər, bankdandır və s. deyərək aldadırlar. Bundan qorunmağın yolu sadədir. İlk növbədə vətəndaş bilməlidir ki, bank heç vaxt e-mail və ya telefonla kart məlumatlarını istəməz. Kimsə e-mail və ya zəng edib soruşursa, hər hansı bir yerə daxil olarkən bankın adından istifadə edirsə, bilin ki, aldadırlar. Bu çox sadədir və bir çox vətəndaş bunu bilir”. Bu sözləri SİA-ya açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, eyni zamanda, sosial şəbəkədə hər hansısa reklam görürsünüzsə, inanmayın, çünki bankın özünün saytı…

Daha çox

Azərbaycan və Serbiya Hərbi Hava qüvvələrinin komandanları görüşüb

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə qonaqları salamlayan general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar. Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə…

Daha çox

Almaniya Ukraynaya hərbi yardım köçürüb

Buraya IRIS-T raketləri və Vektor dronları daxildir… …Almaniya hökuməti cümə axşamı, aprelin 17-də Ukraynaya hərbi yardımın siyahısını yeniləyib. Buraya üç Zuzana özüyeriyən silah, IRIS-T üçün raketlər və döyüş sursatları daxildir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna Almaniya hökumətinə istinadən məlumat yayıb. Siyahıda göstərilir ki, Ukrayna Almaniyadan altı Bergerpanzer 2 zirehli xilasetmə maşını alıb. Yeni dron əleyhinə müdafiə sisteminin təkmil versiyası olan dörd Kinetik Müdafiə Vasitələri də çatdırılıb. Bundan əvvəl KİV Ukraynaya 7,62×51 mm çaplı M134D pulemyotu ilə silahlanmış konfiqurasiyanın veriləcəyini yazmışdı.…

Daha çox

Tarixçi Günel Aslanlı ilə MÜSAHİBƏ

Türk dünyasının geosiyasi sabitliyi və birliyi bu gün də aktual müzakirə mövzularındandır. Xüsusilə Kipr məsələsi və son zamanlarda bəzi Türk dövlətlərinin Cənubi Kipr ilə diplomatik əlaqələr qurmaq niyyəti bu birliyin gələcəyi ilə bağlı suallar doğurur. SİA xəbər verir ki, tarixçi-alim, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı ilə bu mövzularda ətraflı söhbət etdik. QHT.az: 1974-cü ildə Türkiyənin Kiprə müdaxiləsinin səbəbləri və nəticələri necə qiymətləndirilə bilər? Bu hadisə beynəlxalq hüquq və Türk dünyası baxımından hansı əhəmiyyətə malikdir? Günel Aslanlı: 1974-cü il hadisələri…

Daha çox