Pyatiqorskda terror aktının qarşısı alınıb…


…Federal Təhlükəsizlik Xidməti Pyatiqorskda terror aktının qarşısını alıb; onu hazırlayan, əslən Orta Asiyadan olan, beynəlxalq terror təşkilatının üzvü saxlanılıb.

SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.

…Terrorçu istirahət mərkəzlərindən birində terror aktı törətmək niyyətində olub, – deyə İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

…O, terror aktından sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getməyi planlaşdırırdı. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində adıçəkilən şəxs dərhal müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı ünvandan içərisində yandırıcı qarışıqlar olan butulkalar aşkar edilərək götürülüb.

Əli Babayev

Əlaqəli Xəbərlər