İclasda Komissiyasının 10-cu iclasının Protokolu imzalanıb

Aprelin 16-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirildi. İclasa Azərbaycan Respublikasının Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazirin müavini Şahin Mustafayev iclası açaraq bildirdi ki, Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqlar dövlət başçılarımızın verdiyi tapşırıqların icrasını müzakirə etmək, həmçinin Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır. Vurğulandı ki, Azərbaycan Prezidenti…

Daha çox

Başqırdıstanda iflic olmuş qızı ayağa qaldırıblar

Başqırdıstanın Tuymazinski xəstəxanasının neyrocərrahları iflic olmuş qızı ayağa qaldırıblar. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Bashinform” agentliyi respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yazır. 27 yaşlı rusiyalı qadın yol qəzasında yaralanıb və hadisədən cəmi 2 saat sonra tapılıb. Xəstə onurğa sınığı, onurğa beyninin zədələnməsi və çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, sadalanan xəsarətlər qurbanın ayaqlarının hərəkətsiz qalması ilə nəticələnib. Həkimlər briqadası əməliyyatı rentgen nəzarəti altında həyata keçirib, əməliyyat zamanı altı xüsusi implantdan istifadə edilib. Görülən işlər nəticəsində rus qadınının motor funksiyaları bərpa edilib. İndi qız xəstəxanadan…

Daha çox

Dünyanın ən yaxşı səyahət istiqamətləri açıqlanıb

London “The Travellers’ Choice Awards Best of the Best” tərəfindən dünyanın ən yaxşı səyahət məkanı seçilib. Top Tripadvisor səyahət planlaşdırma xidməti veb saytında səyahətçi rəyləri əsasında tərtib edilmişdir. SİA-nın məlumatına görə, Böyük Britaniyanın paytaxtı tarixi görməli yerləri və inanılmaz ab-havası sayəsində lider olub. Reytinqdə ikinci yeri İndoneziyanın Bali adası, üçüncü yeri isə Dubay tutub. İlk onluğa Siciliya, Paris, Roma, Hanoy, Mərakeş, Krit, Banqkok və Hoi An daxil olub. Tripadvisor daha əvvəl ən yaxşı otelləri adlandırıb, Braziliyada Hotel Colline de France liderlik edir, Maldiv adalarında Oblu Select Lobigili və Vyetnamda La…

Daha çox

Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib

Aprelin 16-da Milli Məclisdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin ölkəmizdə səfərdə olan Sloveniya Parlamentinin Sloveniya-Azərbaycan dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə ölkələrimizin uğurlu sosial-iqtisadi inkişafı, xalqlarımız arasında səmimi münasibətlərin mövcudluğu qeyd olunub. Bildirilib ki, qısa müddət ərzində hər iki ölkənin müstəqilliyi dönməz xarakter alıb, mütərəqqi parlamentarizm ənənələri formalaşıb, xalqlarımız milli və mənəvi yüksəlişə nail olublar. Söhbətdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət…

Daha çox

Pyatiqorskda terror aktının qarşısı alınıb…

…Federal Təhlükəsizlik Xidməti Pyatiqorskda terror aktının qarşısını alıb; onu hazırlayan, əslən Orta Asiyadan olan, beynəlxalq terror təşkilatının üzvü saxlanılıb. SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib. …Terrorçu istirahət mərkəzlərindən birində terror aktı törətmək niyyətində olub, – deyə İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. …O, terror aktından sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getməyi planlaşdırırdı. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində adıçəkilən şəxs dərhal müəyyən edilərək saxlanılıb. Onun yaşadığı ünvandan içərisində yandırıcı qarışıqlar olan butulkalar aşkar edilərək götürülüb. Əli Babayev

Daha çox

Gürcüstan Prezidenti ilə Milli Məclisdə görüş keçirilib

Azərbaycana rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Milli Məclisdə olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Gürcüstan Prezidenti əvvəlcə parlamentin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib. Parlamentin sədri Sahibə Qafarova Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, bu, eyni…

Daha çox

Trampın ABŞ-da reytinqi kəskin şəkildə aşağı düşüb

…Economist və YouGov-un keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ prezidenti Donald Trampın həmvətənləri arasında bəyənmə səviyyəsi 42 faizə düşüb. SİA xəbər verir ki, nəticələrə görə, amerikalıların yalnız 42 faizi yeni köhnə prezidentin fəaliyyətini müsbət, 52 faizi isə Trampın hərəkətləri barədə mənfi fikirdədir. Maraqlıdır ki, kişilərin 49 faizi Ağ Evin sakinini, qadınların isə yalnız 35 faizi dəstəkləyir. Sorğu aprelin 13-15-də 1512 amerikalı böyüklər arasında keçirilib. Əli Babayev

Daha çox

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

Daha çox

Avropa İttifaqı ölkəsi Fələstini tanımaq niyyətini açıqlayıb…

Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Varşava müstəqil Fələstin dövlətini tanımaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Sikorskinin sözlərinə görə, Polşa Qəzza zolağında münaqişənin həlli üçün istənilən səyləri dəstəkləyir. Bundan əlavə, o, Polşanın paytaxtında artıq Fələstindən səfirin olduğunu da vurğulayıb. …Polşa İsrailin mövcudluq hüququna və Fələstin xalqının hüquqlarına hörmət edir. Polşa Fələstin dövlətini tanıyır – Varşavada səfirimiz var, – o deyib. Bundan əvvəl Fransa da Fələstini tanımaq planlarını açıqlamışdı. Əli Babayev

Daha çox