Müvəqqəti məskunlaşma, yaxud “KİRAYƏ ÖLKƏ”


Ermənistanın tədricən öz subyektivliyini itirdiyi təkzib edilə bilməz və bunu sübut edən faktlar kifayət qədərdir. Məhz bu təkzibedilməzliyi dərk edə bilən bəzi haylar özləri də müvəqqəti yaşayış məskənində olduqlarını etiraf edirlər. Bəzi erməni əsilli siyasətçilər ölkələrinin müstəqil dövlət deyil, getdikcə kimlər üçünsə “regional mehmanxana”, özləri üçün isə “kirayə ölkə” olduğunun artıq fərqindədirlər. Əslində, haqlıdırlar. Çünki bir halda ki, Ermənistan heç də suveren, müstəqil dövlət olaraq, öz siyasətini özü təyin etmirsə, bəzi ölkələrin maraqlarına xidmət edən, onların maraqlarının qarşılaşdığı məkana çevrilirsə, deməli, bu ölkə sadəcə olaraq, kimlər üçün müvəqqəti mehmanxana, hayların özləri üçün isə “kirayə ölkə” olaraq qəbul olunmalıdır…

Regional müşahidəçilər, “cəsuslar” bölgədə “mövqe” əldə etmək üçün işğalçı ölkədən bir müvəqqəti məskunlaşma kimi istifadə edirlər

Təhlükəsizliyin təminatı ilə bağlı bütün dünya ölkələrinin maraqlı olmalı olduğu, hətta buna maraqla yanaşdığı da təkzibedilməzdir. Ölkələrin hər zaman təhlükəsizliyin təminatı istiqamətində müvafiq addımlar atmaları məntiqi, eləcə də başadüşüləndir. Məsələ burasındadır ki, yeganə Ermənistan kimi kiçik, zəif, çox cılız bir dövlət guya təhlükəsizliyinin təmin edilməsi maraqları naminə ancaq kiminsə ətəyində gizlənmək, hansısa ağanın nökərinə çevrilmək üçün əldən-ayaqdan gedir. Beləliklə də, kimlər üçünsə Ermənistan bölgəmizdə, regionuzda müvəqqəti mehmanxana kimi fəaliyyət göstərir. Heç buna haylar məhəl də qoymurlar. Nə də ki, guya nə vaxtsa olan müstəqilliklərini itirmək qorxusu da hiss etmirlər, çünki onlar Ermənistan ərazilərini bir növ kirayə mənzil kimi görürlər və bilirlər ki, həmin əraziləri yaxın zamanda izsiz şəkildə tərk etməli də olacaqlar.

Rəsmi İrəvan elə hesab edir ki, guya müttəfiq hesab etdikləri ağaları nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Eyni ilə müvəqqəti yaşayış yerində, kirayəyə bənzəyən ölkədə kimlərinsə var-gəl etməsi, qorxudan yuxularını qaçıranlar üçün əslində, kompleksdən, qorxu kompleksindən bir az da olsa, yaxa qurtarmaq kimi görünür. İndiyə qədər Ermənistanın məhz rusları öz ərazilərində yerləşdirmək istəkləri, İranla da bu xüsusda münasibətlərdə maraqlı olmaları da anlaşılandır. Qərbin oyuncağına çevrilən Ermənistan gah Rusiyanı, gah da İranı “başda” otrutmağa çalışır və bunun nə demək olduğunu, çətin ki, başa düşürlər. Heç başa düşməyə də cəhd etmirlər, çünki özlərini belə öz ölkələrində kirayənişin kimi sayırlar. Buna görə də regional müşahidələr, bölgədə mövqe əldə etmək üçün işğalçı ölkədən bir müvəqqəti məkan kimi istifadə edilməsini adi şəkildə də qəbul edirlər.

Kirayə ölkənin kirayənişinləri üçün qonağın, gələnin kim olmasının zərrə qədər də fərqi ola bilməz

Çox güman ki, amerikalıları, fransızları özlərinə daha yaxın görmək istəyən ermənilər ABŞ və Fransaya öz ölkələrini, Ermənistanı “peşkeş” belə etməkdən də çəkinmirlər. Özlərinə məxsus olmayan kirayə ölkənin kirayənişinləri üçün məhz qonağın, ölkəyə gələnin kim olmasının fərqi nədir? Əlbəttə ki, heç bir fərqi yoxdur. Yəni, özlərini kirayə ölkədə hesab edən haylar üçün kimin meydan suladığı, kimin harada olduğu qətiyyən əhəmiyyət kəsb edə bilməz. Kəsb etmir də. Elə ona görə də kimi gəldi öz kirayə ölkələrinə dəvət edirlər və zərrə qədər də ”itgi” barədə düşünmürlər. Bir halda ki, ölkə, ərazi onlara məxsus deyil və özləri də kirayənişin kimidirlər, o zaman nəyi itirə bilərlər? Buraxıblar kimi oldu öz kirayə ölkələrinə və hərdən onlardan istifadə etməyi düşünürlər. Məsələ burasındadır ki, hansısa ölkələr həmin o kirayə ölkəyə girəndə yalnız özlərinin regional maraqları naminə haylara “yaxınlıq verirlər” və İrəvana hansısa dəstək də həmin maraqlara görədir.

Ümumiyyətlə, Qərb ilk növbədə Cənubi Qafqazda “özünə yer eləmək” üçün Ermənistandan istifadə edir və hansısa iyanələr, yardımlar da hayların başlarını qatmaq, tovlamaq üçündür. Görünən odur ki, haylar da özlərini guya yaxşıca tovlanmış kimi aparırlar və Qərbin belə iyanələrinə görə ölkələrinin suverenliyini, müstəqilliyini nəzərə belə almırlar. Bəli, Qərb indi Ermənistanda öz imkanları xatirinə, məhz regional müşahidələr aparmaq üçün “lövbər” salıb. Daha dəqiq desək, regional müşahidələrdən tutmuş, bölgədə mövqe əldə etməyə qədər işğalçı ölkədən bir məkan kimi Qərb istifadə edir. Bir sözlə, Qərb üçün indi Ermənistan sadəcə olaraq, müvəqqəti məskunlaşma yeri, “regional mehmanxana”, uzaq başı, kirayə ölkə hesab olunur. Əslində, hayların özləri üçün də belə hesab olunur. Axı onlar özləri da bizim regionumuza, ələlxüsus da, İrəvan kimi tanınan və bizə məxsus olan torpaqlara, ərazilərə sonradan gəliblər. Elə kirayənişin kimi gəliblər, amma ərazi iddiası ilə çıxış etmək qədər həyasızlığı haylar özlərinə rəva biliblər. İndi də nəyi desən, onu da rəva bilərlər.

Hayların müvəqqəti yaşayışını, Ermənistanın “kirayə ölkə“ olmasını heç bir qonşusu ölkə normal hesab etmir

Haylar yaxşı bilirlər ki, 2018-ci ildən başlayaraq Ermənistan sistemli şəkildə öz müttəfiqlərindən məhrum olmağa başladı və bunun səbəbsiz olmadığı da bəllidir. Sözsüz ki, məhrumiyyət dalğası təsadüfi şəkildə baş vermədi və səbəbləri də hələ zamanında bəlli idi. Bəlli idi ki, hayların “maskalı şoular” təşkil etmələri, məsuliyyətsiz davranışları, ələlxüsus da qanunsuzluqları bütün qonşuları və müttəfiqləri ilə münasibətləri tamamilə korlamağa gətirib çıxarmalıdır və belə də oldu. İndi Ermənistan barəsinddə hansısa müttəfiqlik münasibətlərindən danışmaq belə mümkün deyil. Heç bir qonşusu dövlətin, hətta Ermənistanın ən yaxın dəstəkçisi olan qonşusu İran və hələ də ətəyindən buraxmaq istəmədiyikləri Rusiya ilə münasibətləri də hayları qane edən deyil. Qane edə də bilməz, çünki artıq İran da, Rusiya da görür ki, Ermənistan nə edirsə, hansı yolu seçirsə, Qərbin tələbi ilə edir. Farslar da, ruslar da hayların Qərbin oyuncağına çevrildiyini xoş qarşılamırlar və Ermənistanın bir “regional mehmanxana“ olaraq istifadə edilməsini, nəinki başqaları, hətta hayların özləri ümün belə kirayə ölkə kimi qəbul edilməsini işğalçı ölkənin heç bir qonşusu normal qarşılamır.

Ən yaxın saydıqları farslarla, ruslarla haylar razılaşa bilmirlər, çünki avropalılar üçün Ermənistanın bötüvlükdə Cənubi Qafqazın işlərinə burun soxanların “mehmanxanası” kimi “istifadəyə veriməsi” heç birinin ürəyincə ola bilməz. Ermənistanın qonşu dövlətləri başa düşürlər ki, “qonaq çağırılan” avropalılar ən azından regionu izləmək üçün işğalçı ölkənin ərazisində özlərinə “yer” ediblər və bundan sonra onların daha “nələr edəcəyi” müəmmalı olaraq qalır. Hər halda yaxşı heç nə etməyəcəkləri qənaətində olanlar çoxluq təşkil edirlər. Ermənistandan fərqli olaraq, Rusiya da, İran da, digər qonşu ölkələr də Avropa cəsuslarının işğalçı ölkə ərazisində olmasına çox pis baxırlar, çünki rəqibləri tərəfindən izlənilmə qətiyyən qəbul edilə bilməz. Rəsmi İrəvan isə bütün bunları nəzərə almadan, müttəfiq qazanmaq üçün öz ərazisini kimlərinsə ayaqları altına atır, Qərbin, avropalıların regiona soxulmaq üçün apardıqları siyasətə “töhfə” verir və “regional mehmanxana” kimi Ermənistanın istifadə edilməsini, “kirayə ölkə” olaraq tanınmasını elə belə də qəbul edir.

Avroplı müşahidəçiləri, yəni, cəsusları dəvət etməklə və yerləşdirməklə, Ermənistan sadəcə olaraq, qonşuları ilə öz münasibətlərini də korlayır

Bir çox erməni siyasətçiləri belə etiraf edirlər ki, Ermənistanda avropalı müşahidəçilərin olması heç də müsbət nəticələr vəd etmir və bu addımın çox pis qarşılanması da məntiqidir, doğrudur. Məsələn, erməni əsilli politoloq Edqar Elbakyan “Pressinq” proqramında açıq şəkildə qeyd edir ki, Ermənistanda avropalı müşahidəçilərin olması, yəni İrəvanın Avropdan regionu müşahidə edən “qonaq”, yəni, cəsus çağırıb öz ərazidində yerləşdirməsi münaqişə bölgəsində problemləri həll etmək demək deyil. O, bildirir ki, bununla hansısa təhlükəsizliyin təminatına da nail olmaq olmaz və müşahidəçilərin olması onlara güc tətbiq edilməsinə belə maneə sayılmır. Politoloq Elbakyan avropalı müşahidəçilərə işarə edərək, qeyd edir ki, əslində, onların missiyası Rusiya Federasiyasının regiondakı hərəkətlərini izləməkdir. Beləliklə də, politoloq izah etməyə çalışır ki, Ermənistan avroplı müşahidəçiləri, yəni, cəsusları dəvət etməklə və yerləşdirməklə, sadəcə olaraq, qonşuları ilə öz münasibətlərini korlamış olur.

Həqiqətən də görürük ki, Ermənistan hakimiyyəti, avropalı müşahidəçilərdən və özəl mühafizə şirkətindən tutmuş NATO-ya qədər hər kəsi Ermənistana dəvət edir, lakin bununla belə, eyni zamanda təhlükəsizlik məsələləri də həll olunmamış qalır. Çünki Qərb üçün Ermənistanın maraqları, onun təhlükəsizlik məsələləri heç bir əhəmiyyət kəsb etmir. Əgər işğalçı ölkənin təhlükəsizliyi ilə hansısa ifadələr uydurulursa, yaxud, region ölkələrinə qarşı ara-sıra bəzi ədalətsiz fikirlər səsləndirilirsə, bu da gözdən pərdə asmağın, eləcə də ikili standartların təzahürü kimi təəssürat bağışlayır. Başqa heç nə…

Görünür, ATƏT-in Minsk Qrupu üçün də Ermənistan “kirayə ölkə” sayılır və “kirayənişinlər” özləri də bundan razıdırlar

Təhülkəsizliyinin təminatı üçün rəsmi İrəvanın hansısa ölkəyə yalvarması, öz ərazisini “regional mehmanxana” etməsi, “kirayə ölkəyə” çevirməsi nəinki Ermənistanın problemlərini həll etmir, həm də ölkəni subyektivlikdən, suverenliyindən, müstəqilliyindən məhrum edir. Avropalı müşahidəçi adı ilə Avropa cəsuslarını öz ərazisində yerləşdirən Ermənistan ölkəsini cəsusluq edənlər üçün məkana çevirir və regionu izləmələrinə şərait yaratmaqla heç də təhlükəsizliyini təmin etmir. Əksinə, avropalı müşahidəçilərin Ermənistanda olması həm region üçün, həm də elə həmin ölkənin özü üçün arzuolunmazdır. Çünki Qərb yekunda öz ambisiyaları naminə elə öz ölkəsini cəsus məkanına çevirən dövləti də asanlıqla “hədəfə” ala bilər və İrəvan heç də hansısa bir ölkə üçün “yağlı tikə”, yaxud toxunulmaz sayılmır ki, bu zaman “sığortalanmış” olsun. Əlbəttə, reallıq bundan ibarətdir ki, öz müşahidəçilərini işğalçı ölkənin ərazilərinə yerləşdirən Qərb getdikcə Ermənistanın da yerinə qərarlar verir, onun müstəqilliyi, suverenliyi barədə düşünmür də. Bu isə o deməkdir ki, Ermənistan müstəqil, suveren ölkəyə deyil, “regional menmanxana”, həmçinin, “kirayə ölkə” kimi tanınır.

Son zamanlar Ermənistanın məhz ATƏT-in Minsk Qrupu kimi tanınan və artıq siyasi səhnədə olmayan bir qurumla bağlı mövqeyi də nəinki diqqəti cəlb edib, xüsusən ikrah doğurub. Bilirik ki, həmin o ATƏT-in Minsk Qrupu ötən əsrin sonlarında, məhz Ermənistanın bizim ərazilərimizə təcavüzündən sonra, ələlxüsus da münaqişənin aradan qaldırılması məqsədi ilə yaradılmışdı. Düz 30 ilə yaxın müddət ərzində də, bölgələrə turist səfərləri istisna olmaqla, heç bir fəaliyyət də ortaya qoymadı. Nə münaqişənin nizamlanmasına nail oldu, nə də münaqişənin məhz Azərbaycanın öz gücü, öz qüdrəti ilə həll edilməsi zamanında bir addım belə atmadı. Əksinə, ədalətin bərpasına, torpaqların işğaldan azad edilməsi ilə münaqişənin həll olmunmasına mane olmaq üçün bütün mümkün vasitələrə əl atdı. Bunlar bir tərəfə, hələ 44 günlük müharibə bitdikdən sonra da manelər törətmək cəhdi ilə ortaya atıldığı da bəllidir. Maraqlı suallar ortaya çıxır ki, belə bir təşkilat nəyə lazım gəlir ki, hələ də siyasi səhnədə “artistlik” edir? Heç bir iş görmədiyi bir ayrı, münaqişənin həlli üçün yaradılan təşkilat münaqişənin həllindən sonra nəyə lazımdır? Bəs niyə lazımsız oldiğunu görərək “getmək” və meydanı tərk etmək istəmir? Yoxsa, hələ də bu təşkilata “qucaq açılması” mane olur? Kimlər qucaq açırlar və nədir məqsəd ki, 30 ilə daşı-daş üstünə qoymayan təşkilat belə “dəyərli” sayılmalı olur? Görünür, elə ATƏT-in Minsk Qrupu üçün də Ermənistan kirayə ölkə sayılır və kirayənişinlər özləri də bundan razıdırlar.

ATƏT-in Minsk Qrupu kimi tanınan təşkilat üçün öz ölkələrini ayaq altına atanlar “kirayə ölkə” olduqlarını bir növ, qəbul edirlər…

İşğalçı ölkənin, Ermənistanın xarici işlər naziri Mirzoyanın məhz ATƏT-in Minsk Qrupu ilə bağlı son sayıqlamaları diqqəti cəlb etməyə bilməz və bütün dünya ictimaiyyəti üçün onun dedikləri sadəcə gülməli təsir bağışlayıb. “Azərbaycan tərəfinin səsləndirdiyi bəzi fikirlərə, xüsusən də ATƏT-in Minsk qrupu mövzusuna gəlincə, qeyd etmək istərdim ki, bununla bağlı bizim mövqeyimiz aydındır. Münaqişənin bitdiyi və bu faktın sülh müqaviləsi ilə təsdiqləndiyini etiraf etsək, o zaman nə Minsk Qrupunun, nə də ona tabe olan strukturların artıq faydası var. Məhz bu məntiqə əsaslanırıq ki, biz eyni gündə iki sənəd imzalanmasını təklif etdik. Sülh müqaviləsi, o cümlədən ATƏT və ya onun üzvü olan dövlətlərdə Minsk Qrupunun buraxılması prosesinə başlayacaq birgə bəyanat imzalayaq”, deyən Mirzoyan guya məntiqə istinad etdiyi zaman, ən məntiqsiz ifadələr səsləndirib. Əvvəla, bir gündə iki sənəd nə sözdür? Ermənistan heç bircə sənədi belə illər boyu imzalaya bilmir ki, iki sənədi bir gündə imzalamaq iddiası ilə bu yekəlikdə nazir belə absurd çıxış edir. Məsələnin, hüquqi tərəfi bir yana, bunun fiziki olaraq mümkün olub-olmaması haqqında heçmi düşünməyib həmin o Ermənistan XİN rəhbəri?

Yenə də Ermənistan tərəfinin “müəmmalı gediş” etdiyini görürük. Yenə də rəsmi İrəvan hansısa gücləri, daha dəqiq desək, regionda müvəqqəti məskunlaşmaqla cəsusluq edənləri “regional mehamanxana” sayılan “kirayə ölkə” “əlində saxlamaq” fikrindədir. Hələ də haylar bütövlükdə, Cənubi Qafqazda cəsus sayılanlar üçün öz ölkələrinin alət olaraq istifadə edilməsini nəinki məqbul hesab edirlər, buna hətta can atırlar. ATƏT-in Minsk Qrupu kimi təşkilatları, onların haqq-ədalət tanımayan “kirayənişinlərini” bölgədə, regionda saxlamqda maraqlı görünürlər. Deməli, elə məhz başda Mirzoyan kimi XİN rəhbəri olmaqla hələ də haylar ATƏT-in Minsk Qrupu kimi tanınan təşkilat üçün öz ölkələrini ayaq altına atırlar, “kirayə ölkə” olduqlarını bir növ, qəbul edirlər.

Əlaqəli Xəbərlər