Moskva metrosunda niqab üstündə münaqişə..?


…Moskvanın “Filatov Luq” metro stansiyasında yaşlı sərnişinlə gənc oğlan arasında davaya çevrilən insident baş verib.

SİA xəbər verir ki, “Ehtiyatlı ol, Moskva” Telegram kanalının verdiyi məlumata görə, Tacikistan vətəndaşı 21 yaşlı İbodullozoda M. niqablı qızla vaqona minib. Sərnişinlərdən biri, pensiya yaşında olan qadın onların görünüşünə qəzəblənib və telefonunu çıxararaq cütlüyü lentə almağa başlayıb.

Gənc oğlan qadından çəkilişi dayandırmasını istəyib, lakin rus qadın onun yoldaşının başındakı niqabını qoparmağa çalışıb.

Münaqişə zamanı İbodullozoda təqaüdçünün əlindən telefonu alıb.

Məhkəmə iş materiallarına baxaraq qadına xuliqanlıq etdiyinə görə 7 sutka inzibati həbs cəzası verib.

Məhkəmə müəyyən edib ki, “Filatov Luq” stansiyasında qatar vaqonunda olarkən 61 yaşlı qadın sərnişini təhqir edərək, ictimai qaydada niqabını çıxartmağa çalışıb.

Və digər sərnişinlərin dəfələrlə iradlarına cavab verməyən qadın ictimai asayişi kobud şəkildə pozub.

O, məhkəmədə öz təhlükəsizliyi üçün niqablı şübhəli kişi və qadını lentə aldığını, davanın sərnişinin yoldaşı tərəfindən qızışdırıldığını bildirərək günahını etiraf etməyib.

Maraqlıdır ki, tacik gəncə qarşı da protokol tərtib edilib; indi o da qanun qarşısında cavab verməli olacaq.

Yeri gəlmişkən, son zamanlar Moskvanın ictimai nəqliyyatında müsəlman baş geyimləri ilə bağlı münaqişə halları daha tez-tez baş verir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər