Avropa İttifaqı ölkəsi Fələstini tanımaq niyyətini açıqlayıb…


Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Varşava müstəqil Fələstin dövlətini tanımaq niyyətindədir.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Sikorskinin sözlərinə görə, Polşa Qəzza zolağında münaqişənin həlli üçün istənilən səyləri dəstəkləyir.

Bundan əlavə, o, Polşanın paytaxtında artıq Fələstindən səfirin olduğunu da vurğulayıb.

…Polşa İsrailin mövcudluq hüququna və Fələstin xalqının hüquqlarına hörmət edir. Polşa Fələstin dövlətini tanıyır – Varşavada səfirimiz var, – o deyib.

Bundan əvvəl Fransa da Fələstini tanımaq planlarını açıqlamışdı.

Əli Babayev

Əlaqəli Xəbərlər