…Tarixdə qeydə alınan ən yüksək temperatur mart ayında qeydə alınıb. Eyni zamanda alimlər Şimal qütbündəki buzlaqların sürətlə əriməyə başladığını aşkar ediblər. Meteoroloji müşahidələrin bütün dövründə indiyə qədər qeydə alınan ən yüksək temperatur qeydə alındığı üçün bu ilin mart ayı rekord qırdı.
Alimlər bu cür iqlim dəyişikliklərinin buzlaqların sürətlə əriməsinə səbəb olacağından ehtiyat edirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Şimal qütbündə buz örtüyünün səviyyəsi artıq rekord minimuma çatıb.
…Bu, sürətlənmiş ərimənin nəticəsidir. Alimlər müəyyən ediblər ki, Yer səthinin 10 faizini tutan buzlaqlar hər il təxminən 9 min giqaton örtüyü itirirlər.
Bu, əsrlər boyu buz əmələ gəlməsi ilə müqayisə edilə bilər. Ərimə nəticəsində yaranan şirin su qlobal temperaturun tənzimlənməsində mühüm rol oynayır və dəniz səviyyələrinə də təsir edir.
Alimlər buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsinin hər il 1 millimetr qalxacağı təqdirdə 2050-ci ilə qədər Vyetnam, Maldiv və Seyşel adalarının su altında qalacağından qorxurlar.
Nazlı Almuradova