…Gəlin elə özümüzdən başlayaq: Siz “doğma” sərcələrimizin azalmasına, indi əvvəlkindən fərqli olaraq daha az gözə dəydiklərinə heç fikir vermisinizmi? Bilirsiniz niyə indi əvvəlki kimi gözə dəymirlər?
…Çünki bu gün urbanizasiya planeti zəbt edir: yer üzündə getdikcə daha çox göydələnlər, asfaltlanmış yollar və dayanacaqlar tikilir.
Belə şəraitdə təbii ki, heyvan və bitkilər ya buna uyğunlaşmalı və ya da yox olmalıdır.
SİA-nın məlumatına görə, “Earth.com” yazır ki, quşlar şəhər həyatının vəhşi təbiətə necə təsir etdiyini göstərən parlaq nümunədir.
Şəhər ekologiyası heyvanların şəhər həyatına necə uyğunlaşdığını və urbanizasiya irəlilədikcə davranışlarının, görünüşü və sağ qalma şanslarının necə dəyişdiyini öyrənir. Şəhərdəki səs-küyün quşların oxuma və ünsiyyət tərzinə təsir etdiyi məlumdur. Ancaq sual yaranır ki, bir şəhər quş növlərinə necə təsir edə bilər.
Quş tükləri sadəcə bəzək deyil. O, həmçinin istilik mübadiləsini tənzimləmək, yırtıcılardan kamuflyaj etmək və potensial yoldaşlara siqnal göndərmək kimi digər vacib funksiyaları yerinə yetirir.
Qeyd olunur ki, təbii yaşayış yerlərində lələklərin rəngi nəsildən-nəslə yavaş-yavaş dəyişir, lakin şəhərlərdə bu proses daha tez baş verir.
Şəhərdə daha yüksək hava temperaturu, divarların və yolların boz-tünd fonu, neon işıqlar quşların rənginə təsir edə biləcək unikal mühit yaradır.
Alimlər şəhər quşlarının rənginin kənd qohumlarının rəngindən fərqlənib-fərqlənmədiyini öyrənməyə qərar verdilər.
Bunu Maks Plank Bioloji Kəşfiyyat İnstitutundan və Qranada Universitetindən Bart Kempenaersin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirib.
Onlar müxtəlif urbanizasiya səviyyələrinə malik yaşayış yerlərindəki 1200-dən çox quş növünü müqayisə ediblər və şəhərlərdə yaşayan quşların daha az qəhvəyi rəngə malik olduqlarını aşkar etdilər.
…Qəhvəyi çalarlar şəhərlərə nisbətən təbii yaşayış yerlərində daha çox rast gəlinir. Biz qəhvəyi quşların şəhərdə əlverişsiz vəziyyətdə olduğundan şübhələnirik.
Bunu tədqiqatın aparıcı müəlliflərindən biri Caspar Delhey izah edib.
Elm adamları şəhər quşlarının torpaq tonlarını itirməkdə və onları şəhər fonundan fərqləndirən rənglər əldə etdikləri görünür.
Axı, şəhərlər nisbətən təhlükəsizdir, daha az yırtıcı var, buna görə də quşların tez-tez gizlənməsinə ehtiyac yoxdur. Nəticədə, əvvəllər riskli olan rənglər indi növlər arasında tanınmağa, cütləşməyə və ya üstünlük təşkil etməyə kömək edə bilər.
Alimlər deyirlər ki, şəhərlərdə quş növləri az olsa da, onların rəng müxtəlifliyi daha çoxdur.
…Şəhərlərdə kənd yerləri ilə müqayisədə daha az növ var. Bunu nəzərə alsaq, şəhərlərdəki quş icmaları əslində daha çox rəng müxtəlifliyinə malikdir.
Bunu isə tədqiqatın digər müəlliflərindən biri Xuan Dieqo İbanez-Alamo bildirib.
…Məqalədə deyilir ki, gələcək tədqiqatlarda elm adamları çox güman ki, bu nümunənin digər heyvanlarda – həşəratlarda, sürünənlərdə və ya məməlilərdə nə dərəcədə yaygın olduğunu müəyyən etməyə çalışacaqlar.
Nazlı Almuradova