Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər “Kapital bazarları” haqqında qanunvericilik paketini həm Nazirlər Kabinetinə, həm də ölkə Prezidentinə təqdim etməyi planlaşdırır. SİA xəbər verir ki, bunu AMB-nin sədrinin müşaviri Vüqar Əliyev bildirib. “Bu, kapital bazarlarında yeni bir mərhələ, metamarfozdur desəm yanılmaram. Kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi üçün böyük layihə həyata keçirilir. Maliyyə bazarlarının digər sektorları da bu işə cəlb edilib”, – deyə o qeyd edib.
Daha çoxDay: April 15, 2025
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam…
Daha çoxÇində bir neçə AI alimi qəflətən ölüb, sual olunur niyə..?
…Çində süni intellektin öyrənilməsi ilə məşğul olan bir neçə mütəxəssisin qəfil ölümünə diqqət çəkilib. SİA xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb. Nəşrin jurnalistləri alimlərin qəfil xəstəlik və ya bədbəxt hadisələr nəticəsində dünyasını dəyişdiyini qeyd ediblər. Məsələn, Pekindəki Megvii Technology şirkətinin 45 yaşlı əməkdaşı Sun Jian 2022-ci ildə vəfat edib. 38 yaşlı süni intellekt üzrə tədqiqatçı Feng Yanhe 2023-cü ildə ölüb. Həmçinin 2023-cü ildə 55 yaşlı süni intellekt mütəxəssisi, Honq-Konq Çin Universitetinin professoru və İT nəhəngi SenseTime-in qurucusu Tang Xiaowu vəfat edib. …South China Morning Post-a…
Daha çoxMediada uşaqların müdafiəsi bu günün prioritetidir
Təsadüfi deyil ki, builki toplantının əsas mövzusu mediada uşaqların müdafiəsinə həsr olunub. Bu məsələ olduqca aktualdır və müxtəlif formatlarda, platformalarda geniş şəkildə müzakirə olunur. Demək olar ki, bütün ölkələrdə prioritet məsələlərdən biri kimi dəyərləndirilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, yeni nəsil bizdən fərqli olaraq yeni media, texnologiyalar və süni intellekt alətlərindən istifadə vərdişinə malikdir. Bu isə onların fiziki, əqli və mənəvi…
Daha çox“Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb”
Hesablama Palatası 2024-cü ildə həyata keçirdiyi audit tədbirləri zamanı dövlət büdcəsinin gəlir və xərcləri, dövlət borcu və təminatları, eləcə də dövlət fondlarının idarə olunması sahələrində ciddi uyğunsuzluqlar aşkar edib. SİA-nın xəbərinə görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib. “Dövlət büdcəsinin gəlirləri üzrə aparılmış təhlillər zamanı müxtəlif növ pozuntular qeydə alınıb. Buraya düzgün hesablanmayan vergilər, malların dəyərinin yanlış göstərilməsi, büdcədənkənar gəlirlərin azaldılması və dövlət əmlakından əldə edilən vəsaitlərin büdcəyə…
Daha çoxAMB ölkə iqtisadiyyatı ilə bağlı pessimist ssenarisini açıqlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) ölkə iqtisadiyyatı ilə bağlı pessimist ssenarisi uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqləri nəzərdə tutur. SİA xəbər verir ki, bu barədə qurumun “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, pessimist ssenari qlobal iqtisadiyyatda potensial risklərə uyğun hazırlanıb və rəsmi proqnoz hesab edilmir. “Ən sərt ssenaridə “Brent” markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Belə bir şəraitdə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə zəifləyir və növbəti illərdə iqtisadi daralma…
Daha çox“Antalya Forumu dünya ölkələrinin diqqətini çəkən ciddi beynəlxalq platformadır”
“Antalya Diplomatiya Forumu dünya ölkələrinin diqqətini çəkən ciddi beynəlxalq platformadır. Dünyanın müxtəlif sınaqlardan keçdiyi indiki dövrdə qlobal diplomatiyada da yeni yanaşmalara və qətiyyətli addımlara addımlara ehtiyac duyulur. Planetin hər yerində baş verən qlobal hadisələr problemlərin diplomatiya yolu ilə həll edilməsinin vacibliyini önə çəkir. Bu günlərdə Türkiyədə keçirilən və üç gün davam edən IV Antalya Diplomatiya Forumunun (ADF 2025) əsas hədəfi də məhz dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əli Hüseynli deyib. Onun sözlərinə görə, toplantı geniş coğrafiyanı əhatə edən təmsilçiliklə…
Daha çoxPoroşenko Ukrayna hakimiyyətini tənqid edib
…Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi ölkədə hakimiyyəti qəsb edir. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib. O, Ukrayna hakimiyyətinin hərbi vəziyyət və səfərbərlik müddətini daha 90 gün uzatması xəbərini belə şərh edib. Poroşenko qeyd edib ki, bu qərar mövcud hərbi vəziyyətin bitməsinə bir ay qalmış verilir. Onun sözlərinə görə, hakimiyyət hərbi vəziyyətdən sui-istifadə edərək, ondan avtoritar rejim qurmaq üçün istifadə etməyə başlayıb. O əlavə edib ki, Prezident Aparatının parlamentarilər üzərində “məhdud səlahiyyəti” bütün ölkə üçün alçaldıcıdır. Bundan əvvəl Zelenski Ali Radaya hərbi…
Daha çoxTsitsianovskayadakı ev
Tsitsianovskayadakı ev
Daha çoxAzərbaycanda təkrarsığorta bazarı 16 % böyüyüb
2024-cü ildə Azərbaycanda təkrarsığorta haqları 2023-cü illə müqayisədə 16 % (21 milyon manat) artaraq 154 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, təkrarsığorta haqlarının (TSH) ümumi sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır: “Ötən il bu göstərici 11 % olub. Təkrarsığorta haqlarının 3 %-i (5 milyon manat) həyat sığortası siniflərinin, 97 %-i isə (149 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşüb. Həyat sığorta sahəsi üzrə təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə ümumi sığorta haqlarının 1 %-ni, qeyri-həyat sığortası…
Daha çox