Bir çox hallarda cəmiyyət Ali Qurumların fəaliyyətini qavramır

“Bu gün təqdim olunan məlumatlar, verilən təqdimatlar Hesabat Palatasının fəaliyyəti haqqında bizdə geniş təsəvvür yaradır”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib. Onun sözlərinə görə, bu gün dünyada baş verən siyasi qeyri-müəyyənlik, mürəkkəb sosial bərabərsizlik cəmiyyətdə sosial inkişafa mənfi rol oynayır: “Bir çox hallarda cəmiyyət Ali Qurumların fəaliyyətini elə də qavramır yaxud da tam başa düşmür. Bu baxımdan Palatanın bu gün keçirdiyi hesabatda Milli Məclisə…

Daha çox

Komitə iclasında müzakirəyə çıxarılan bir sıra məsələ plenar iclasa tövsiyə olunub

Aprelin 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Azər Əmiraslanov gündəliyə 3 məsələnin daxil edildiyini bildirib. Birinci məsələ Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı olub. İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, hesabat qanunvericiliyin bütün tələblərini özündə ehtiva edir. Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatı slaydlarla təqdim edən sədr Vüqar Gülməmmədov bildirib ki, burada Hesablama Palatasının həm audit, həm də qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışılıb, Palatanın il ərzində fəaliyyəti barədə icmal-statistik məlumatları…

Daha çox

Britaniya Sudana yeni humanitar yardım ayırıb

120 milyon funt sterlinq dəyərində Böyük Britaniya Sudandakı vətəndaş müharibəsinin ikinci ildönümü münasibətilə Londonda keçirilən beynəlxalq konfrans çərçivəsində bu ölkəyə 120 milyon funt sterlinq dəyərində yeni yardım paketini elan edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Lammi tədbirdə Afrika İttifaqı və Avropa İttifaqına üzv ölkələrin yüksək səviyyəli nümayəndələrini qəbul edib. O, bildirib ki, bu vəsait 2025–2026-cı maliyyə ili üçün nəzərdə tutulub və münaqişədən zərər çəkmiş 650 mindən çox sudanlının dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu yeni maliyyə yardımı 2023-cü ilin noyabrında…

Daha çox

Azərbaycanda məxfi auditlərlə 3 milyon manata yaxın vəsait büdcəyə geri qaytarılıb

Hesablama Palatasının 2023-cü il üzrə audit planına uyğun olaraq məxfi rejimdə aparılan auditlər nəticəsində dövlət büdcəsinə ümumilikdə 3,8 milyon manatlıq bərpa tədbirləri müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Palatanın 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında bildirilir. Bildirilib ki, bu məbləğin 2,9 milyon manatı artıq dövlət büdcəsinə qaytarılıb. Qalan 0,9 milyon manatın bərpası isə davam etdirilir.

Daha çox

Akademik Zərifə Əliyevanın anım günü Qaradağ rayonunda qeyd edilib

Azərbaycan elm tarixinə görkəmli alim, oftalmologiya sahəsində tanınmış mütəxəssis, ictimai-siyasi xadim və fədakar insan kimi düşmüş akadmeik Zərifə xanım Əliyevanın anım günü aprelin 15-də Qaradağ rayonu, 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının Lökbatan qəsəbəsində yerləşən poliklinikasında qeyd edilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, poliklinikanın baş həkimi Hüseyn İsrafilzadə və həmin tibb müəssisənin həkim heyəti iştirak ediblər. Əvvəlcə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan baş həkim Hüseyn İsrafilzadə bildirib ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40…

Daha çox

“Putinin anladığı yeganə dil güc dilidir”

Avropa Parlamenti Rusiyaya təzyiqi artırmağa çağırır …Qərb çəkindirmənin ancaq sizin güclü və məğlubedilməz olduğunuzu başa düşdüyü zaman təsirli olması qaydasını düzgün qiymətləndirməməklə səhv etdi. Avropa İttifaqı anlamalıdır ki, Putinlə demokratik standartlar əsasında danışıqlar apara bilməz, çünki onun anladığı yeganə dil güc və birlikdir. Bu səbəbdən avropalılar və onların müttəfiqləri təcili olaraq müdafiə sektoruna investisiyaları artırmalı və paritetə ​​nail olmaq üçün Ukraynanı həm hərbi, həm də iqtisadi cəhətdən kifayət qədər resurslarla təmin etməlidirlər. SİA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin sloveniyalı üzvü Matey Tonin Guildhall-a açıqlamasında …Putin 2022-ci…

Daha çox

“Əslində burada ən doğru çıxış yolu isə taksometrlərin qoyulmasıdır”

“Əslində bu məsələyə baxanda onu deyə bilərəm ki, bizim ölkədə qeyri-rəsmi sövdələşmə deyilən bir nüansda var. Eyni zamanda humanist prinsiplərdə yanaşsaq istər restoran sahələrində, istər taksi sahəsində el dili ilə desək “Çayavoy” deyilən bir termində var. Yəni burada söhbət nədən ibarətdir deyə soruşsanız, buna misal olaraq onu deyə bilərəm ki, məsələn taksi çağırmısınız və qiymətdə 5.10 AZN qeyd olunub. Əgər bu zaman bir başa kartnan ödəniş vuranda olan məbləğ müştərinin kartından çıxılır, amma nağd ödəniş etdikdə bu zaman müştəri 5.10 AZN-lik ödənişin yerinə 6 AZN ödəyir”. Bu sözləri SİA-ya açıqlamasında…

Daha çox

Azərbaycanda BOKT-ların kredit portfelinin tərkibi açıqlanıb

2024-cü ildə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 35 % (208 milyon manat) artaraq 808 milyon manat olub ki, bunun da əsas hissəsini istehlak kreditləri təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə sabitliyi hesabatı”nda bildirilib. Sənədə əsasən, hesabat dövründə istehlak kreditləri üzrə artım 41 % (150 milyon manat), ipoteka kreditləri üzrə artım 3,5 dəfə (31 milyon manat), biznes kreditləri üzrə artım isə 12 % (27 milyon manat) olub. Beləliklə, ötən ilin sonuna BOKT-lərin kredit portfelinin 63,4 %-i (512 milyon manat) istehlak kreditləri,…

Daha çox

Sakit inqilab” adlı beynəlxalq konfrans…

BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunub. Konfransda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint-Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasından siyasətçilər və fəallar, BMT-dəki bir sıra daimi nümayəndəliklərin təmsilçiləri, ECOSOC statuslu QHT nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər. Tədbir çərçivəsində “İctimai yaddaş, silinmə və Afrikaəsilli yerli xalqların müqaviməti” və “Müstəmləkə hökmranlığı altında olan ərazilərdə geosiyasi dekolonizasiyanın dinamikası”…

Daha çox

Gələcək nəsillərə parlaq nümunə

Aprelin 15-də YAP Mingəçevir şəhər təşkilatında Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, şəhər idarə və təşkilatları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.…

Daha çox