Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Daha çox

Azərbaycan banklarında kredit və depozit portfelləri üzrə dollarlaşma azalıb

2024-cü ildə Azərbaycanın bank sektoru üzrə kredit portfelinin dollarlaşması 2023-cü illə müqayisədə 2,7 faiz bəndi azalaraq 16,1 % (tarixi minimum) olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, il ərzində depozit portfelinin dollarlaşması isə 0,9 faiz bəndi azalaraq 37,5 % olub. O cümlədən, Hüquqi Şəxslərin (HŞ) müddətli depozitləri üzrə dollarlaşma 6,7 faiz bəndi azalaraq 52,5 % təşkil edib. Xarici valyutada HŞ-lərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 1 faiz bəndi azalaraq 35,3 % olub. 2023-cü ilin sonu ilə müqayisədə fiziki…

Daha çox

Artıq çoxdan başlayan DÜNYA TİCARƏT MÜHARİBƏSİ

Çinlə ticarət müharibəsinin ABŞ-a ağır zərbə vuracağı proqnozlaşdırılır. Bu isə, ən azından onu deməyə əsas verir ki, dünya ticarət müharibəsi artıq etiraf edilir. Əks halda, Amerika və Çinin ticarət müharibəsi ilə bağlı nəinki proqnozlar, hansısa fikirlər belə bildirilməzdi. Məsələ burasındadır ki, ABŞ və Çin olmaqla, bu iki ölkə arasında olan iqtisadi mübarizənin qlobal xarakter aldığı nəzərə alınaraq, dünya ticarət müharibəsi hesab olunur. ABŞ və Çin olmaqla, iki ölkə arasında münasibətlərin hansı dərəcədə mürəkkəb olduğu, dünya ticarət müharibəsinin başladığı göz önündədir Bəllidir ki, ABŞ-ın Çinlə mürəkkəb münasibətləri var. Bu mürəkkəb münasibətlər…

Daha çox

Rusiya BƏƏ-yə sorğu göndərib

Keçmiş rusiyalı yol polisi müfəttişinin mənzillərinin ələ keçirilməsi üçün… …Rusiya Baş Prokurorluğu BƏƏ-nin səlahiyyətli orqanlarına Dubayda Moskvanın keçmiş yol polisi müfəttişinə məxsus 5 mənzilə həbs qoyulması barədə sorğu göndərib. SİA xəbər verir ki, TASS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov məlumat verib. O, BƏƏ-nin Hesabat Qurumunun prezidenti Humaid Obaid Abushib ilə məmurların qanunsuz yolla əldə etdiyi əmlakın dövlətin xeyrinə müsadirə edilməsi təcrübəsini bölüşdüyünü bildirib. Krasnov xüsusilə qeyd edib ki, bu iddialardan biri Dubayda dəyəri üç milyon dirhəmdən çox olan beş mənzilə sahib…

Daha çox

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi hazırlıq məşğələləri keçirilib. Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərdə iştirak edib, atıcı silahlar və əl qumbaraatanlarından praktiki atış çalışmalarını yerinə yetirib. Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan…

Daha çox

Maliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb

Azərbaycanda yüksək kreditləşmə dinamikası fonunda maliyyə sektorunda risk üzrə ölçülmüş aktivlər artıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilib. Sənədə əsasən, cəmi aktivlərin 7,8 % (3,8 milyard manat) artması fonunda risk üzrə ölçülmüş aktivlərin həcmi 10,3 % (3,3 milyard manat) artıb. Nəticədə risk üzrə ölçülmüş aktivlərin cəmi aktivlərə nisbəti göstəricisi il ərzində 2 faiz bəndi artaraq 67 %-ə çatıb. Risk üzrə ölçülmüş aktivlərin artımı bank sektorunun kreditləşmə fəaliyyəti üzrə aktivliyi şəraitində formalaşıb. Risk üzrə ölçülmüş aktivlərin 93,3 %-i kredit riskləri üzrə, 5,9 %-i…

Daha çox

İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Beynəlxalq aləmdə Azərbaycan Oftalmologiya elmini layiqincə tanıdan yüksək intellekt sahibi, mənəvi təmizlik və paklıq nümunəsi, oftalmologiyası sahəsində ilk qadın akademik, oftalmologiya aləmində ən yüksək mükafata-SSRİ Tibb Elmləri Akdemiyasının akademik M.İ.Aberbax adına mükafata layiq görülən ilk qadın Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ziyalı qadınlarımızdandır. Zərifə xanım insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. O, keçdiyi mənalı həyat yolu elmin işığına sədaqəti olan ziyalı nəsillər üçün nümunədir. 1923-cü il aprelin 28-də Naxçıvan…

Daha çox

Varşava yaxınlığındakı məktəbdə 24 uşaq huşunu itirib

Varşava ərazisində huşunu itirmiş ibtidai sinif şagirdlərinin sayı iyirmi dörd nəfərə çatıb. SİA-nın məlumatına görə, bundan əvvəl məktəbdə hansısa mərasimin keçirildiyi bildirilir. Hadisənin Varşava yaxınlığında yerləşən Stara Vies kəndində baş verdiyi dəqiqləşdirilir. Mövcud məlumata görə, on ilə on üç yaş arasında olan tələbələr müəyyən bir hadisədən sonra qəflətən huşlarını itirməyə başlayıblar. Əvvəlcə beş qurbanın olduğu bildirildi, lakin sonradan onların sayı təxminən beş dəfə artıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda hadisə yerinə gəlib, hadisənin baş vermə şəraitini aydınlaşdırıblar. Valideynlərə övladlarını tez bir zamanda məktəbdən götürmələri tövsiyə olunur. Müəllim heyəti də…

Daha çox

Kürdəmirdə “Peşə sərgisi” festivalı keçirilib

Kürdəmir rayonunda “Peşə sərgisi” festivalı təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbir Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Peşə Liseyi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Festival “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dəstək verilməsi və peşə təhsilinin təbliğ olunması məqsədi daşıyıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirin keçirildiyi parkda qurulan stendlərdə kənd təsərrüfatı, elektrik montajı, kompüter proqramlaşdırılması, bərbərlik, aşpazlıq və digər sahələrə aid alət və…

Daha çox

Azərbaycan qızıl istehsalını 75 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 749,4 kq qızıl, 1 135,9 kq gümüş istehsal edilib. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2024-cü ilin ilk rübü ilə müqayisədə 75,3 %, gümüş istehsalı isə 35,3 % artıb. Ötən 3 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 531,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 9,8 dəfə çoxdur. Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.

Daha çox