“Dekolonizasiya səssiz qala bilməz. Bu bir hüquqdur və biz bu hüquqdan istifadə etməliyik”. SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Martinikada MODEMAS hərəkatının prezidentinin strateji və idarəetmə üzrə baş müşaviri Daniel Muriel BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O Beynəlxalq Müstəmləkəçilik Cəbhəsi barədə danışıb və Korsika, Martinika, Polineziya, Bonayre, Sint-Marten, Reyunyon və digərlərinin birlikdə bu hərəkatda təmsil olunduğunu deyib. “Bizim ortaq tariximiz müqavimət tarixidir. Əcdadlarımız zəncirlərlə, sükutlarla üzləşib. Dünya yeni, çoxqütblü dövrə qədəm qoyur, uzun müddət boğulmuş səslər nəhayət…
Daha çoxDay: April 15, 2025
Fransa qaradərililərdən əvvəl heyvanları qoruyur
“Fransa 1845-ci ildə, yəni dırnaq içərisində köləliyi rəsmən ləğv etməzdən üç il əvvəl Heyvanların Mühafizəsi Cəmiyyətini yaratdı”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı Fransız Qvineyasının nümayəndəsi Serve Alfonsin deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, onlar qaradərililərdən əvvəl heyvanları qoruyurlar: “Onlar üçün qara insanlar kiçik parçalar idi. Onlara etmək istədiklərini edə bilirdilər. Plantasiyalarda baş verənlər hər kəsə məlumdur. “Ağ vəhşilik” adlı kitabda bu barədə yazılır və plantasiyalarda nə baş…
Daha çoxOnlar həmişə şeir, mahnı və ədəbi proqramla qarşılanıblar
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar. AZƏRTAC xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada…
Daha çoxAzərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir
2029-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir. Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.
Daha çoxTəyyarənin radarında fantom zərbələri görünüb…
“Pobeda” Hava Yollarına məxsus təyyarənin radarında fantom izləri yaranıb. SİA xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb. Aprelin 14-də göyərtəsində sərnişinlərin olduğu “Boeing 737-800” təyyarəsi Mahaçqaladan Sankt-Peterburqa uçurdu. Təyyarə Leninqrad vilayətinin üzərində olarkən, TCAS cihazında hündürlük göstəricisi olmayan bir-üç naməlum işarə göründü. Eyni zamanda, digər müşahidə avadanlıqları işarələrə uyğun gələn heç bir təyyarəni qeydə almayıb. Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib. Bundan əvvəl Şimal-Qərb Hava Yollarına məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etmək cəhdi olub. Bu, Yamalın Sabetta kəndindən Moskvaya uçan təyyarədə baş verib. Əli Babayev
Daha çoxNaxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanır
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 2023-2025-ci illərdə Naxçıvan iqtisadi rayonunun ümumi planının,habelə şəhərlərin baş planlarının hazırlanmasında əsas icraçı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edilib. Komitənin Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırda Naxçıvan iqtisadi rayonunun ümumi planının hazırlanması istiqamətində işlər həyata keçirilir” SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Vəsilə Allahverdiyeva deyib. Qeyd edib ki, şəhər torpaqlarından istifadə…
Daha çoxEv dizayn edən zaman əsasən nələrə diqqət etməliyik?
“İnteryer dizayn dedikdə yalnızca evin vizual görünüşü deyil, eyni zamanda evdə yaranan aura və insan psixologiyasına göstərdiyi müsbət təsir də nəzərdə tutulur. Bu səbəbdən yaşadığımız məkanın dizaynına xüsusi önəm verilməlidir. Evin dizaynına qərar verilərkən, ilk növbədə həm fərdi zövq, həm də müştərinin istəkləri nəzərə alınır və buna uyğun olaraq uyğun üslub seçilir”. Bu sözləri SİA-ya açıqlamasında dizayner, “Khanconcept” şirkətinin rəhbəri Orxan Eyyublu deyib. Onun sözlərinə görə, üslub təyin olunduqdan sonra evin sahəsinə uyğun dizayn prosesi planlaşdırılır: “Bu mərhələdə ilkin plan hazırlanır, daha sonra isə dizayn layihəsi xüsusi vizualizasiya proqramlarında işlənilir.…
Daha çox“Siyasi və iqtisadi əlaqələr geniş əməkdaşlığı ortaya qoyur”
“Prezident İlham Əliyevin beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə Çinlə bağlı səsləndirdiyi fikirlər, əslində, Çin-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə əks etdirirdi. Pekin və Bakı arasında möhkəmlənən siyasi və iqtisadi əlaqələr geniş əməkdaşlıq imkanlarını ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Çin, Azərbaycan üçün yalnız iri ticarət bazarlarından biri deyil, eyni zamanda xarici investisiyaların cəlb olunmasında əsas tərəfdaş ölkələrdən biri kimi çıxış edir: “Çindən olan şirkətlər Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edir, müxtəlif sahələrə, xüsusilə də bərpa olunan enerji və texnologiya…
Daha çox“Adamız hazırda klassik kolonializmin təzahürüdür”
“Adamız hazırda klassik kolonializmin təzahürüdür”
Daha çox“Sona ananın xalçası” məktəblilərin gözü ilə canlanıb
Sabunçu rayonu Rixard Zorge adına 90 saylı məktəbin şagird və müəllim heyəti İçərişəhərdə yerləşən Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın yaşadığı tarixi ünvanı – “Ədibin Evi”ni ziyarət edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Balakhani Operating Company LTD”-nin dəstəyi ilə “Məktəblilər Ədibin Evində” layihəsi hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki şagirdlərlə “azərbaycançılığın” təşviqinə həsr edilən silsilə görüşləri nəzərdə tutur. Bu ay 117 illiyi qeyd edilən Mir Cəlalın həyat və yaradıcılığından bəhs edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva qeyd edib ki, bu divarlar arasında…
Daha çox