Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub. SİA xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ictimai-siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Gürcüstan Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə – 1969-cu ildən 2003-cü…

Daha çox

London yaxınlığında müsəlman qəbiristanlığı dağıdılıb…

…Britaniyanın London yaxınlığındakı Uotford qəsəbəsində islamofobik qırğın zamanı onlarla məzar, o cümlədən uşaqların məzarları təhqir edilib. Yerli polisin məlumatına görə, 85 qəbir vandallar tərəfindən zədələnib. SİA-nın məlumatına görə,bu barədə “Arab News” xəbər verir. İstintaq başlayıb, lakin hadisə ilə bağlı həbs olunan olmayıb. Brent Borough Şurasının rəhbəri Muhammad Butt ictimaiyyəti cinayətlə bağlı hər hansı məlumatı ortaya qoymağa çağırıb. O, qəbiristanlıqda dəfn olunanların ailələrinə dəstək olduğunu bildirib. …Onların indi özlərini necə hiss etdiklərini təsəvvür edə bilmirəm. Məhz müsəlmanların məzarları murdarlanıb, bu o deməkdir ki, bu hadisə dini nifrət zəminində törədilmiş cinayət kimi…

Daha çox

Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 2 milyard manata yaxınlaşıb

Bu il yanvarın 1-nə Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 1 milyard 915 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 20 % çoxdur. Sənədə əsasən, müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 26 % artaraq 1 milyard 637 milyon manata çatıb. Bundan başqa, portfel idarəetməsi 233 milyon manat, marja ticarət xidməti isə 45 milyon manat olub ki, bunlar da illik…

Daha çox

Bakı Təşəbbüs Qrupu öz saytında petisiya yaradıb

Bakı Təşəbbüs Qrupu (BTQ) bu gündən öz saytında “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiya yaradıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda elan edib. Abbas Abbasov bütün iştirakçıları petisiyanı imzalamağa və ədalətin bərpasını təmin etməkdə dəstək göstərməyə çağırıb.

Daha çox

Azərbaycanın 2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb

Maliyyə Nazirliyi Azərbaycanın 2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsini açıqlayıb. SİA xəbər verir ki, çərçivə nazirliyin internet səhifəsində yerləşdirilib. Sənəd ölkə Prezidentinin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Nazirlər Kabinetinin 28 yanvar 2025-ci il tarixli sərəncamına əsasən hazırlanıb. Ortamüddətli Büdcə Çərçivəsi büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə…

Daha çox

“Niderland və Fransadan tam müstəqilliyimizi istəyirik”

“Bu gün Niderland və Fransa adamızda öz müstəmləkəçilik istismarlarını gücləndiriblər”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O, bildirib ki, Fransa və Niderland rəsmi olaraq Afrika əsilli insanları ayrıca qrup kimi tanımır. Onun sözlərinə görə, küçələrdə gündəlik asayişi həyata keçirən yerli polis qüvvəsi olsa da, əslində asayiş Fransa və Niderlandı təmsil edən səlahiyyətli şəxslər tərəfindən təmin edilir: “Əgər Sen Martində cinayət törətməkdə təqsirli bilinirsinizsə,…

Daha çox

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər, Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır. Şahdağda arabir qar yağması müşahidə olunur. Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal…

Daha çox

Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb

Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,5 % yox, 3,7 % olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir. Sənədə əsasən, iqtisadi artım proqnozu neft-qaz sektoru üzrə 0,5 %-dən 1,2 %-ə qaldırılıb, qeyri neft-qaz sektoru üzrə isə 4,9 % saxlanılıb. Maliyyə Nazirliyi 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 %, 2028-ci ildə 3,6 %, 2029-cu ildə isə 4,9 % iqtisadi artım gözləyir. O cümlədən, 2026-cı ildə neft-qaz sektorunda 1,2 % azalma, qeyri-neft-qaz sektorunda 5 %…

Daha çox

Konfrans iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul ediblər.

Fransa Parlamentinin Bakı Təşəbbüs Qrupuna qarşı qətnaməsi qətiyyətlə pislənilib Aprelin 15-də BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə təşkil edilmiş “Dekolonizasiya: Sakit İnqilab” konfransının iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul ediblər. SİA-nın əldə etdiyi məlumata görə, sənəddə kolonializmin dünya miqyasında bərpası mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb edilməkdən imtina etmələri qətiyyətlə pislənilib. Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanıb, onların Qvadelupa, Martinika, Fransız Qvianası,…

Daha çox

Azərbaycanda yaxın 5 ildə orta illik inflyasiyanın 4 %-dən aşağı olacağı gözlənilir

Azərbaycanda baza ssenaridə cari il üzrə 5,1 % proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2029-cu ildə 3,8 % olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir. Sənədə əsasən, bu proqnozu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozlarını, manatın məzənnəsinin sabitliyini, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsini, eləcə də antiinflyasiya tədbirlərini nəzərə alaraq hazırlayıb.

Daha çox