“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

Mayın 4-ü Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkənin idman gündəliyinin ən əhəmiyyətli tədbirlərindən biri olan “Bakı Marafonu 2025” baş tutacaq. SİA xəbər verir ki, marafon minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin və sosial həmrəyliyin təşviqinə töhfə verəcək. Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə “Küləyə qalib gəl” şüarı altında mübarizə aparacaqlar. Qeydiyyat Gənclik Mall, 28 Mall və Dəniz Mall-da fəaliyyət göstərən məntəqələrdə, həmçinin www.marathon.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirilir. Tələbələr üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat üçün son…

Daha çox

Azərbaycanda qeyri-işlək kreditlər 7 %-ə yaxın artıb

Bu il yanvarın 1-nə Azərbaycanın qeyri-işlək kredit portfeli 655 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 6,7 % və yaxud 41 milyon manat çoxdur. Hesabat dövründə qeyri-işlək biznes kreditləri 0,8 % azalaraq 375 milyon manata, qeyri-işlək istehlak kreditləri 24,9 % artaraq 246 milyon manata, qeyri-işlək ipoteka kreditləri isə 12,8 % azalaraq 34 milyon manata düşüb. İl ərzində yüksək kreditləşmə dinamikasında qeyri-işlək portfelin cəmi portfeldə payı 0,2 faiz bəndi azalaraq 2,4 %…

Daha çox

Sloveniya XİN başçısı Azərbaycan və Ermənistana səfər edəcək

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycan və Ermənistana səfər edəcək. SİA xəbər verir ki, bu barədə STA agentliyi məlumat yayıb. Bu gün o, Ermənistana ikigünlük səfərə gedəcək, aprelin 17-də isə Azərbaycana gələcək. T.Fayon Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsini müzakirə edəcək. XİN başçısı Azərbaycana səfəri zamanı enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparacaq.

Daha çox

Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev aprelin 22-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar qəbulla bağlı Sabunçu rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012)…

Daha çox

Hesablama Palatası İğdır-Naxçıvan qaz kəməri layihəsini audit edib

2024-cü ildə Hesablama Palatası İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsini audit edib. SİA-nın xəbərinə görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, Hesablama Palatasının fəaliyyətində maraqlı tərəflərlə əməkdaşlıq mühüm yer tutur: “Hesabat ilində Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirə ali audit orqanı olaraq biz də qoşulmuş, “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə beynəlxalq həmkarlarımızla müzakirələr aparmışıq. İlk dəfə olaraq,…

Daha çox

Ceyhun Bayramov suriyalı həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında telefon danışığı aparılıb. XİN-dən SİA-ya verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub. Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər. Uzun fasilədən sonra Azərbaycanın Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən rəsmi Bakının Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb.…

Daha çox

“FarmHER” layihəsi uğurla başa çatdı

Azercell-in sosial layihə müsabiqəsinin qalibləri qadınların inkişafına töhfə verməyə davam edir Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılmasına yönəlmiş “FarmHER” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi bu qadınlarının aqrobiznes sahəsində biliklərini artırmaq, onların gəlirlərini və rifahını gücləndirmək olub. Kənd təsərrüfatı və aqromaliyyələşdirmə üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssis Ağaməhəmməd Alosmanov tərəfindən keçirilən təlimlərdə qadın iştirakçılara aqrobiznesin əsasları, maliyyə savadlılığı, bazar araşdırmaları və innovativ texnologiyalar üzrə nəzəri və praktiki biliklər aşılanıb. Proqram çərçivəsində iştirakçılar tanınmış sahibkarlarla görüşərək real biznes təcrübələrindən də faydalanmaq imkanı əldə…

Daha çox

Restrukturizasiya olunmuş kreditlər 1 milyard manatı üstələyib

2024-cü ildə Azərbaycanda restrukturizasiya olunmuş kredit portfeli 34 % (282 milyon manat) artaraq 1,1 milyard manata çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, artım əsasən biznes portfeli üzrə (273 milyon manat) məhdud sayda borcalan üzrə olub. Hesabat dövründə restrukturizasiya olunmuş kreditlərin ümumi portfeldəki payı 0,4 faiz bəndi artaraq 4 %-ə çatıb. Restrukturizasiya portfeli üzrə artım müşahidə edilsə də, bu sistemik xarakter daşımayıb.

Daha çox

Tramp və Bukele birgə mesaj veriblər

ABŞ prezidenti Donald Tramp və El Salvador prezidenti Nayib Bukele sərhəd təhlükəsizliyi və ABŞ tərəfindən Salvadorda yaxalanan cinayətkarların həbsi ilə bağlı eyni mövqedə olduqlarını vurğulayaraq, birlikdə işləmək mesajı veriblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iki lider zorakılıq törədən dəstə üzvlərinin və qeyri-qanuni mühacirlərin ölkədən sürətlə çıxarılmasında əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüş zamanı Tramp iki ölkənin əməkdaşlığı sayəsində ABŞ üçün təhlükə yaradan bir çox cinayətkarın tutulduğunu və deportasiya edildiyini bildirib. Cinayətkarlar arasında qətl, ağır yaralama, insan alveri və narkotik alveri kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin də olduğu açıqlanıb.…

Daha çox