Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava ilə bağlı

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti növbəti xəbərdarlıq yayıb. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək. Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək. Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.

Daha çox

DTX-da Naxçıvanın Səhiyyə Nazirliyindəki maliyyə pozuntuları ilə bağlı cinayət işi başlanılıb

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində və onun tabeliyində olmayan qurumlarda apardığı kənar dövlət maliyyə nəzarət tədbiri nəticəsində dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində hüquqpozmalara yol verildiyi müəyyən olunub. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, aşkar edilmiş pozuntularla bağlı müvafiq materiallar Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) təqdim edilib. Xidmətdən daxil olan məlumatlara əsasən, 1 audit üzrə aşkar edilən qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Daha çox

EIA qlobal neft hasilatının artım proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (EIA) 2025-ci ildə qlobal neft hasilatının artım proqnozunu gündəlik 26 min barel – 1,24 milyon barelə qədər azaldıb, gündəlik hasilat orta hesabla 104,25 milyon barel həcmində gözlənilir. SİA xəbər verir ki, bu barədə agentliyin aylıq hesabatında bildirilir. “Proqnozlara görə, qlobal neft təklifi 2025-ci ildə orta hesabla gündəlik 1,3 milyon barel artaraq 104,3 milyon barelə çatacaq, 2026-cı ildə isə əlavə 950 min barel artım olacaq – bu, tələbatın artımı üzrə müvafiq olaraq gündəlik 730 min barel və 690 min barel təşkil edən qiymətləndirmələrimizdən yüksəkdir”, – hesabatda qeyd olunub.…

Daha çox

“Fransa məqsədli şəkildə müharibə görüntüsü yaratmağa çalışır”

“Antalya Diplomatiya Forumunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi müsbət haldır. Bu, tərəflərin sülhə yaxınlaşması baxımından əhəmiyyətlidir. Amma bu prosesdə Ermənistan sona qədər iradə sərgiləməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, Azərbaycan tərəfi Diplomatik Forumda bir daha normallaşma prosesilə bağlı mövqeyini bəyan etdi – Ermənistan Konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir: “Yalnız bundan sonra sülh sazişinin imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir əlavə maneə olmayacaq. Ararat Mirzoyan isə bildirdi ki, ölkəsinin hazırkı məqsədi sülh sazişinin imzalanacağı yeri…

Daha çox

“Biz də onları yediyimiz zaman toksinləri bədənimizə alırıq”

“Mövsümü olmayan qidaların bir dietoloq kimi tərəfdarı deyiləm”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, səbəb odur ki, mövsümündə olmayan qidaların əksəriyyətinə mütləq müdaxilə olmalıdır, onlar xüsusi istixanalarda yetişməlidir: “İstixanalarda yetişməkdən əlavə onların tərkibində istifadə olunan suyun tərkibinə belə müxtəlif qatqılar qarışdırılır ki, onların qidalanma payı artsın. Eyni torpaqdan mütəmadi olaraq hər hansı bir şey əkildiyi zaman orada vitamin və mineraldan söhbət gedə bilməz. Torpağın mineral səviyyəsi getdikcə aşağı düşür. Mineral səviyyəsi aşağı düşdüyü üçün də onlar sintetik minerallardan, vitaminlərdən istifadə edirlər. İstər-istəməz sintetik formada əldə…

Daha çox

Bankların hüquqi şəxslərin depozitlərindən asılılığı azdır

Azərbaycan bankların hüquqi şəxslərin depozitlərindən asılılığı azdır. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib. “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, hüquqi şəxslər hesablarındakı vəsaitləri nağdlaşdıra bilməz. Nəticə olaraq iqtisadi konyekturaya baxsaq bizdə hüquqi şəxslərin depozitlərindən aslılıq daha aşağıdır, nəinki digər bazarlarda”, – deyə o qeyd edib.

Daha çox

Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Malayziya xarici işlər nazirinin müavini Mohamad Alamin ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Malayziya arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və alternativ enerji, təhsil, turizm sahələri üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub. İki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin mövcudluğu qeyd olunub, bu istiqamətdə qarşılıqlı təmaslar və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub. Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yollarının müzakirə olunduğu görüşdə, həmçinin digər beynəlxalq təşkilatlar, o…

Daha çox

“ƏMAS”-da daha bir yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) daha bir yeni funksionallıq istifadəyə verilib. SİA xəbər verir ki, belə ki, yeniliyə əsasən, işəgötürənlər iş yerlərində həyata keçirdikləri attestasiyanın nəticələrinə dair sənədlərin surətlərini Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etməklə yanaşı, həmin sənədlərdə qeyd edilmiş məlumatları ƏMAS-da “Rəsmi yazışmalar” bölməsindəki “İş yerlərinin zərərliliyinin attestasiyası” alt bölməsinə daxil edə bilərlər. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən işəgötürənlər müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək…

Daha çox

Ermənilər düzələn “zad” deyil

Ermənistan hər keçən gün siyasi həyasızlığını artırır, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması səbəbindən beynəlxalq aləmdə pis imic qazandığını düşündüyümüz halda, əksinə bu qondarma ölkə sanki heç nə olmamış kimi davranır. Üstəlik, bir az da uzağa gedərək Azərbaycanla şərtlə danışmaq istəyir, bəzi beynəlxalq qurumlar qarşısında bizə qarşı iddialar qaldırır, özünü haqlı sayır. Sanki heç nə olmayıb, nə işğal, nə talan, nə onminlərlə azərbaycanlının öldürülməsi, nə bir milyondan artıq azərbaycanlya qarşı vandalizm aktı, onların öz torpaqlarından qovmaq, etnik təmizləmə aparmaq kimi vəhşi metodlardan istifadə. Xocalı, Malıbəyli, Kosalar, Ağdaban, Cəmilli soyqırımılarını,…

Daha çox