London yaxınlığında müsəlman qəbiristanlığı dağıdılıb…


…Britaniyanın London yaxınlığındakı Uotford qəsəbəsində islamofobik qırğın zamanı onlarla məzar, o cümlədən uşaqların məzarları təhqir edilib. Yerli polisin məlumatına görə, 85 qəbir vandallar tərəfindən zədələnib.

SİA-nın məlumatına görə,bu barədə “Arab News” xəbər verir.

İstintaq başlayıb, lakin hadisə ilə bağlı həbs olunan olmayıb. Brent Borough Şurasının rəhbəri Muhammad Butt ictimaiyyəti cinayətlə bağlı hər hansı məlumatı ortaya qoymağa çağırıb.

O, qəbiristanlıqda dəfn olunanların ailələrinə dəstək olduğunu bildirib.

…Onların indi özlərini necə hiss etdiklərini təsəvvür edə bilmirəm. Məhz müsəlmanların məzarları murdarlanıb, bu o deməkdir ki, bu hadisə dini nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirilməlidir. Heç bir yerdə milli və ya dinə görə nifrət və ya ayrı-seçkilik olmamalıdır, ilk növbədə Londonda. Şəhərimiz hər kəsi salamlayır və mədəni müxtəliflik onun güclü tərəflərindən biridir.

Bunu Butt deyib.

O, əmin edib ki, şəhər rəhbərliyi zədələnmiş qəbirlərin üzərindəki qəbir daşlarını bərpa edib qaydaya salacaq.

…Polis araşdırmalarını başa çatdırdıqdan sonra biz qəbiristanlığı bir daha ölənlərin xatirəsini yad etmək üçün sakit və dinc bir yerə çevirəcəyik.

Bunu da Muhammad Butt bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər