Hesablama Palatası ötən il 42 auditi başa çatdırıb


2024-cü ildə Hesablama Palatası İş Planı üzrə 42 auditi başa çatdırıb. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, bir neçə auditin nəticələri rəsmiləşdirilib, bir sıra auditlər üzrə risk qiymətləndirilməsinin nəticələri əsasında informasiya sistemlərinin (İS) auditi üzrə bəzi elementlərdən istifadə olunub.

Ötən il auditlər 400-dən çox tabelikdə olan qurum, müəssisə və layihələri əhatə edib. Auditlərin 31-i Bakıda, 4-ü Qəbələ, Naxçıvan, Şərur və Laçında keçirilib, digər hallarda isə Bakı şəhəri ilə yanaşı, audit olunan qurumların tabeliyində olan və regionlarda yerləşən müəssisə və təşkilatlarda tədqiqatlar aparılıb.

Əlaqəli Xəbərlər