Damcılı bulağında nadir təbiət hadisəsi müşahidə edilib


Bir neçə gündür qərb bölgəsində, o cümlədən Qazaxda müşahidə olunan güclü yağışlar nəticəsində Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Damcılı bulağında maraqlı təbiət hadisəsi baş verib.

SİA-nın məlumatına görə, dağlardan süzülən sular birləşərək güclü axın əmələ gətirib və bu da füsunkar şəlalənin yaranmasına səbəb olub.

Bu nadir təbiət hadisəsi Damcılı bulağında ildə bir dəfə, yaz aylarında baş verir.

Əlaqəli Xəbərlər