Azərbaycan Mərkəzi Bankı (AMB) bu ildən manatda likvidliyin örtülməsi əmsalı tətbiq etməyi planlaşdırılır. SİA xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.
“Bununla da xarici valyutada tələbin yerinə milli valyutada tələb gətiriləcək. Əsas məqsəd dollarlaşmanı monitizasiya etməkdir. Manatlaşma meyillərini artırmaq üçün bu əmsalı tətbiq etmək istəyirik”, – deyə o qeyd edib.