2 milyard manatlıq maliyyə təhrifləri və uyğunluq pozuntuları aşkar edilib


2024-cü ildə Hesablama Palatası və onun Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 2 milyard 66 milyon manat məbləğində maliyyə təhrifləri və uyğunluq pozuntuları müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, illik iş planına uyğun olaraq aparılan audit və analitik fəaliyyətlər zamanı maliyyə təhrifləri üzrə ümumilikdə 2 milyard 66,2 milyon manat məbləğində uyğunsuzluq qeydə alınıb.

Bunun 1 milyard 734,2 milyon manatı audit tədbirləri, 332 milyon manatı isə analitik fəaliyyət zamanı aşkarlanıb.

Əlaqəli Xəbərlər