Bu il ASCO-nun gəmi-bərələri ilə 6 000-nə yaxın sərnişin daşınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 2025-ci ilin ilk rübündə 5 882 sərnişin daşınıb. SİA bu barədə ASCO-ya istinadən xəbər verir. Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü üzrə daşınan sərnişinlərn sayı ilə müqayisədə 290 nəfər və ya 4,7 % azdır. Qeyd edək ki, 2024-cü ilin ilk üç ayında ASCO-nun bərələri ilə 6 172 sərnişin daşınıb. Məlumata əsasən, bu ilin yanvar-mart aylarında Ələt-Kurık, Kurık-Ələt limanları arasında ümumilikdə 4 456 sərnişin daşınıb. Sərnişinlərin 2 559-u Ələt-Kurık, 1 897-si isə Kurık-Ələt istiqamətində səfər edib. Eyni dövr ərzində Ələt-Türkmənbaşı, Türkmənbaşı-Ələt limanları…

Daha çox

İmişlidən olan sahibkarların təklifləri dinlənilib

İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda sahibkarlarla görüş keçirilib. SİA KOBİA-ya istinadən xəbər verir ki, sənaye, pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq sahələrində fəaliyyət göstərən 120-dən çox sahibkarın iştirak etdiyi tədbirdə görüşün formatına uyğun olaraq, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı…

Daha çox

Energetika Nazirliyinə I rübdə 2 mindən çox müraciət daxil olub

Bu ilin birinci rübündə Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 2 085 vətəndaş müraciəti daxil olub. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətlərdən 377-si məlumat (müraciətin geri götürülməsi və təşəkkür) 1 708-i isə icra xarakterli olub. Bunlardan 1 440-ı müvafiq qaydada icra edilib, 268 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğacların quraşdırılması, bərpa olunan enerji, qəbula yazılmaq, məşğulluq məsələləri, icazələr və digər mövzuları əhatə edib. Hesabat dövründə Nazirliyin Aparatının və…

Daha çox

Kia ilin sonuna kimi Rusiyada 50 min avtomobil satmağı planlaşdırır

…Cənubi Koreyanın Kia şirkəti Rusiya bazarına qayıtmaq imkanını nəzərdən keçirir. 2030-cu ilə qədər yenilənmiş strategiyasında şirkət bu ilin sonuna qədər 50 000 avtomobili hədəf qoyaraq Rusiyada satışları da daxil edib. SİA-nın məlumatına görə, qərar şirkət strategiyasını 2025-ci ildə baş tutan CEO İnvestor Günündə təqdim etdikdən sonra qəbul edilib və burada 2030-cu ilə qədər ümumi satış hədəfini 4,19 milyon avtomobil elan edib. Şimali Amerika, Avropa, Koreya və Hindistan kimi əsas bazarlara əlavə olaraq, sənəddə gözlənilmədən keçən il planlardan kənarlaşdırılan Rusiya da yer alıb. Mütəxəssislər Rusiya bazarının Kia-nın strategiyasına qayıtmasını geosiyasi detensiya…

Daha çox

Bakıda Azərbaycan-Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçiriləcək

Bakıda aprelin 17-də Azərbaycan-Sloveniya biznes forumunun keçirilməsi gözlənilir. Bu barədə SİA Sloveniya KİV-inə istinadən xəbər verir. Qeyd olunub ki, forum Sloveniyanın Baş nazirinin müavini və xarici işlər naziri Tanya Fayonun Azərbaycana səfəri çərçivəsində keçiriləcək. Biznes forumda informasiya-kommunikasiya texnologiyaları, pilotsuz gəmilərin istehsalı, dəniz daşımalarının avtomatlaşdırılması sistemləri, tikinti və metal konstruksiyaların hazırlanması sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər. Eyni zamanda, səfər çərçivəsində aprelin 17-də Azərbaycan və Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclasının keçirilməsi planlaşdırılır. Bundan əlavə, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ikitərəfli…

Daha çox

Əli Əsədov Mixeil Kavelaşvili ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb. SIA xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Daha çox

Daxili çaylarda sululuq artıb

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37, Köndələnçayda 10, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 santimetr artım qeydə alınıb.

Daha çox

“Banklar müştərilərinin kartından pul çıxırsa, öncədən müştəriyə məlumat verməlidir”

“Bankların müştərilərinin kartından hər hansı yolla “sığorta pulu adı altında” pul çıxılırsa bunu öncədən müştəriyə məlumat verərək ona bildirməlidirlər. Hesab edirəm ki, bununla bağlı narazı olan insanlar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş formada qurumlara müraciət edib və məlumatları dəqiqləşdirə bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, ilk növbədə insanlar bununla bağlı bankın özünə müraciət etməlidirlər. Daha sonra problem davam edərsə Mərkəzi Banka müraciət edərək öz haqlarını tələb edə bilərlər: “Əgər bu kütləvi xarakter daşıyırsa, banklar bunu ilk olaraq dəqiqləşdirməlidirlər və daha sonra vəsaiti müştərilərə məlumat…

Daha çox

“Meyit ferması”nın mövcud olduğu yeganə ölkə…

…Birləşmiş Ştatlar “meyit təsərrüfatlarının” mövcud olduğu yeganə ölkədir. Onların ən böyüyü 10.000 kvadratmetr ərazini əhatə edir. SİA-nın məlumatına görə, 1980-ci illərdə ABŞ-da ilk “meyit ferması” və ya “cəsəd ferması” açıldı. Onu Tennessi Universitetinin antropoloqu Uilyam Bass kəşf edib. O, insan cəsədlərinin müəyyən amillərin təsiri altında necə parçalandığını müşahidə etmək üçün yerləşdirdiyi kiçik bir torpaq sahəsi alıb. Bu gün meyit təsərrüfatı tədqiqatçıları cəsədlərin açıq havada, günəşdə və ya kölgədə, yeraltında, suda, heyvanların təsiri altında və hətta gövdədə necə parçalandığını öyrənirlər. Bütün bu məlumatlar amerikalı kriminoloqlara cinayətlərin təhqiqində kömək etmələ yanaşı, ölümün…

Daha çox

Banklardakı daxili ipoteka kreditlərinin faizləri artmaqdadır

Son dövrlərdə dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə illik faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə faiz dərəcələri artmaqdadır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir. Sənədə əsasən, daxili resurslar hesabına verilmiş ipoteka kreditlərinin ümumi ipoteka portfelində çəkisinin artması ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artmasına səbəb olub.

Daha çox