Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib. Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı da açılıb. “Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – o qeyd edib. Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı [email protected] ünvanına elektron məktub göndərilə…
Daha çoxDay: April 14, 2025
Subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür
Azərbaycanda bu gecədən başlayaraq pisləşəcəyi gözlənilən hava şəraiti ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qabaqlayıcı tədbirlər görəcək. Bu barədə SİA-ya xidmətdən məlumat verilib. Bildrilib ki, intensiv yağıntılar zamanı yarana biləcək problemlərin qarşısının alınması istiqamətində müvafiq işlər aparılır. “Belə ki, hazırda həm yağış, həm də tullantı sularının şəbəkələr vasitəsilə maneəsiz daşınmasını təmin etmək məqsədilə kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bununla yanaşı, kanalizasiya nasos stansiyaları da təftiş olunur və oradakı mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Yağıntılı…
Daha çoxTürk birliyi dağıdıcı müxalifəti narahat edir
Hər zaman belə olub, xalqın, dövlətin maraqlarından pafoslu danışanlar, uca səslə bağıranlar, reallıqda boşboğazlardan bir şey olmadıqları üzə çıxır. Məlum olur ki, əslində sözdə milli mənafeyindən danışanlar əməli fəaliyyətlərində dövlət maraqlarına qarşıdılar. Uzağa getmədən Azərbaycanın dağıdıcı müxalifətinin fəaliyyətinə nəzər yetirilsə, hər şey gün kimi aydın olar. O mənada ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri daim Turan birliyindən və digərləri daim uzaq hədəf, maraqlara hesablanan populist fikirlərlə çıxışlar etsələr də, reallıqda Avropanın və ABŞ-ın maraqlarına xidmət ediblər. Bununla bağlı çoxsaylı faktlar və sübutlar da mövcuddur. Ona görə də, Əli Kərimli,…
Daha çoxBaş prokuror Xankəndidə əməliyyat müşavirəsi keçirib
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. SİA xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub. Baş prokuror çıxışında həmçinin azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Kamran…
Daha çoxMəcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 18-də saat 09:00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Qəbulda iştirak etmək istəyənlər Tovuz DAİM-ə (070 215 14 21) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Daha çoxAviasiya personalına sənədlərin verilməsi qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb. Onlarla tənzimlənməyən məsələlər qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya, habelə Konvensiyaya 1 nömrəli Əlavə – “Aviasiya personalının sertifikatlaşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir. Qaydaların müddəaları aşağıdakı şəxslərə şamil edilir: – həvəskar pilot; –…
Daha çoxNazir mina təhlükəsi ilə mübarizə səylərində əməkdaşlığı müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə mina təhlükəsi ilə mübarizə səylərində əməkdaşlığı müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Azərbaycanın BMT-yə üzv olmasından bəri təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkənin BMT-nin fəaliyyətində aktiv iştirakı, təşkilatın sülhməramlı əməliyyatlarına töhfələrinin təqdirəlayiq olduğu qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib. Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin…
Daha çoxAzərbaycanda növbəti torpaq hərracı elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 14-də növbəti dəfə torpaq hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Neftçala, Saatlı, Sabirabad, Tovuz, Xaçmaz, Şabran, Füzuli, Cəlilabad, Masallı, Şamazı və Zaqatalada yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Daha çoxAvropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib
Ağdam, Cəbrayıl rayonlarında 6-7 apreldə mina partlayışlarının baş verməsindən sonra Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib. SİA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Avropadakı Azərbaycan diasporu BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France…
Daha çoxSəfərbərlik Xidmətinin təltif olunan hərbçilərinə medallar təqdim edilib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2025-ci il tarixli Sərəncamına əsasən Xidmətin təltif edilmiş hərbi qulluqçularına medalların təqdim olunması mərasimi keçirilib. Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən polkovnik Babayev Azər Ələddin oğlu və polkovnik Qasımov Elnur Əhməd oğlu “Vətən uğrunda”, həmçinin mayor Qayqiyev Şamil Mahama oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov ölkə başçısına Xidmətin şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə…
Daha çox