“Azərsun Holdinq” uzun müddətdir ki, təhsilə dəstək sahəsində bir sıra layihələr həyata keçirir. SİA xəbər verir ki, bunlardan biri də gələcək, potensiallı kadrların yetişdirilməsi üçün nəzərdə tutulan “GələcəkSƏN”-dir. Layihə çərçivəsində karyerasında güclü başlanğıc etmək istəyən 3-cü və 4-cü kurs tələbələri üçün ödənişli yay təcrübə proqramı təşkil ediləcək. Müraciət etmək istəyənlərin CV-lərini 15 May tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri tələb olunur. Mövzu hissəsinə isə müraciət etmək istədikləri sahəni, misal üçün “Marketinq təcrübəsi üçün müraciət” yazılması mütləqdir. Gələcək sənin əlindədir, bu yay sən də “GələcəkSƏN” ilə parlamaq üçün doğru yolda addımla!…
Daha çoxDay: April 14, 2025
Rumıniya nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əkilil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat…
Daha çox“Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan xalqına örnəkdir”
“Azərbaycan tarixində qadına olan münasibət həmişə diqqət mərkəzində olub. Cənnət anaların ayaqları altındadır kəlamı bizi həmişə qadınlara olan münasibətdə səbrli, ədalətli, səmimi olmağa çağırır. Hər bir qadın hər şeydən əvvəl anadır, övlad sahibidir, həyat yoldaşının dayağıdır. Bu mənada akademik Zərifə xanım Əliyeva həyat və fəaliyyəti ilə Azərbaycan xalqına örnəkdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, Zərifə xanım Azərbaycan tarixində xüsusi xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açdı: “Əziz Əliyev İrəvanda orta məktəb, Sank-Peterburqda Tibb İnstitutunu bitirdi, Bakıya gəldi, Tibb İnstitutunun rektoru, Bakı…
Daha çoxQismətimizi dəyişə bilərik?
““Qismət” anlayışı cəmiyyətdə çox geniş yayılıb. Bəzən insanlar həyatlarında baş verən hər şeyi qismətə bağlayır, sanki öz seçimlərinin, qərarlarının heç bir rolu yoxmuş kimi davranırlar. Bəs əslində qismət nədir? Qismət dəyişə bilərmi?”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Psixoloji baxımdan qismət – insanın həyatında baş verən hadisələrin öz iradəsindən asılı olmadan formalaşdığına inanmasıdır. Bu, bəzi hallarda insanlara təsəlli versə də, əgər insan hər şeyi yalnız “qismət belə imiş” deyərək qəbul edirsə, bu onun passivləşməsinə, məsuliyyətdən qaçmasına və dəyişmək üçün addım atmamasına səbəb…
Daha çoxAzərbaycanda “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” dəyişib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu”nda dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı nazir nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti”nin IV bölməsində qeyd olunan mallarla yanaşı kosmik fəzaya, kosmik obyektlərə hər hansı siqnal, səs və ya təsvir ötürən əşyalar da bu siyahıya əlavə edilib. Bundan başqa, qəza yerini göstərən – peyk radiomayak stansiyası bu nomenklaturadan çıxarılıb. Nazirlik Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Daha çoxİctimai yerlərdə etik davranış qaydaları necə olmalıdır?
Cəmiyyətdə bir insanın sadəcə özünü deyil, digərlərini də düşünməsi kimi bəzi normalar vardır. İctimai nəqliyyatdan tutmuş teatr və restoranlara qədər bir çox ictimai yerlərdə bir sıra qaydalar davranışlarımızı müəyyən edir. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək qeyri-etik davranış qaydalarıdır. SİA şəhər sakinlərindən ictimai yerlərdə özünü apara bilməyən insanlara necə münasibət göstərdikləri ilə bağlı sorğu keçirib. Şəhər sakini Nərmin Məmmədli: “Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsiyəm. Fikrimcə, ictimai ərazilərdə insanları narahat edəcək…
Daha çoxNəsillərə nümunə olan ömür yolu
Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasının 40-cı ildönümüdür. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə Əziz qızı Əliyevanın elm tarixində yeri, bu sahədə göstərdiyi fəaliyyət çox işıqlıdır. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir.Zərifə…
Daha çoxİlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Jilber Hunqbonu qəbul edib. SİA xəbər verir ki, görüşdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə əmək, məşğulluq, habelə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar qeyd edildi. Prezident İlham Əliyev torpaqlarımızın işğal altında olduğu dövrdə bütün infrastrukturun tamamilə məhv edildiyini xatırladaraq vurğuladı ki, işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərə qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir. Dövlətimizin başçısı bununla bağlı Beynəlxalq Əmək Təşkilatı…
Daha çoxErmənistan sərhədində itkin düşən gəncin cansız meyiti tapılıb
Türkiyənin İğdır şəhərində sərhəddə itkin düşən gəncin cansız cəsədi Araz çayında tapılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Ermənistan sərhədində olan və ondan heç bir xəbər ala bilməyən İsmayıl Adirin dostları vəziyyəti jandarmaya xəbər verib. Bölgəyə gələn jandarma və təcili tibbi yardım qrupları Adirin tapılması üçün əməliyyat başladıb. Sərhəd xəttindən keçən Araz çayına düşdüyü şübhəli bilinən Adirin tapılması üçün çayda və ətrafında axtarış aparılıb. Yağış səbəbindən çay axınının çox olması qrupların işini çətinləşdirib. Dalğıc qrupları sonradan çayda Adirin cəsədini tapıblar.
Daha çox“Atəşkəsin pozulması halları son zamanlar daha da intensivləşib”
“Ermənistan tərəfindən atəşkəsin pozulması halları son zamanlar daha da intensivləşib. Bu təxribatlar erməni rəsmilərinin müxtəlif beynəlxalq platformalarda “artıq sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayıb, yalnız müqaviləni bağlamaq üçün yer və vaxt müəyyənləşməlidir” kimi aldadıcı bəyanatları fonunda baş verir”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib. Aqil Camal sözlərinə belə davam edib: “Eyni zamanda, sülh müqaviləsindən danışan Ermənistan sürətlə silahlanmanı, Azərbaycanla üzbəüz mövqelərdə istehkamlar tikərək, hərbi texnika cəmləyərək yeni təxribatlara hazırlıq görür. Bu günlərdə isə məlumdur ki, İranla Ermənistan Azərbaycan yaxın ərazidə birgə hərbi…
Daha çox