Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanlb və hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları, məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların təşkilinə dair tələbləri müəyyən edir. Qaydalarla tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 2 nömrəli Əlavə – “Uçuşların qaydaları” və 6 nömrəli Əlavə –…
Daha çoxDay: April 14, 2025
Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib
Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanlb və hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları, məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların təşkilinə dair tələbləri müəyyən edir. Qaydalarla tənzimlənməyən məsələlər “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 2 nömrəli Əlavə – “Uçuşların qaydaları” və 6 nömrəli Əlavə –…
Daha çoxQızıl və onun qadınlara FAYDALARI
Estetikadan sağlamlığa, psixoloji təsirlərdən investisiyaya qədər qızılın qadınlar üçün niyə bu qədər dəyərli olduğunu ətraflı şəkildə araşdırırıq. Qadınlar üçün qızıl yalnız estetik bir aksesuar deyil eyni zamanda sağlamlığa, əhval-ruhiyyəyə və ümumi həyat keyfiyyətinə müsbət təsirləri olan dəyərli bir metal kimi tanınır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Qızılın qadınlar üçün estetik faydaları Qızıl, təbii rəngi və parıltısı ilə qadınlar üçün ən çox seçilən zinət əşyası materialıdır. Estetik baxımdan verdiyi bəzi üstünlüklər bunlardır: Təbii Parıltı və Rəng: Qızılın özünəməxsus rəngi dərini daha canlı və sağlam göstərir. Sarı qızıl bir çox qadın…
Daha çoxŞərqdən ulduz kimi yüksələn ölkənin Böyük Liderinin yeni dünya düzəni üçün tarixi yanaşması…
Prezident İlham Əliyev fərqi bu konfransda da açıq-aydın müşahidə olundu. ADA Universitetinin təşkilatçılığı və bəndənizin də qatıldığı “Yeni dünya nizamına doğru” başlığı ilə keçirilən beynəlxalq tədbirdə planetin önəmli düşüncə quruluşu təmsilçilərinin qarşısında çox dərin analitik zehni, yüksək təhlil qabiliyyəti, hadisələri fenomenal şəkildə öngörməsi, hətta ümumbəşəri problemlərdən çıxış yolu göstərməsi ilə o, yenidən öz fərqliliyini nümayiş etdirdi. İnanın, həmin tədbirdə mən türk dünyasının belə bir nəhəng dövlət xadiminə, böyük şəvxsiyyətə malik olması ilə hər an qürur hissləri yaşayırdım. Hər bir suala, fikrə, mülahizəyə Prezident İlham Əliyev öz baxış bucağından müstəsna dərəcədə…
Daha çoxİlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib. Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək. Məlumata əsasən, forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (“Net Zero Emissions”) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq. S. Rzayev qeyd edib ki, AZAL-ın dəstəyi ilə baş tutacaq bu mötəbər forumda 50-dən çox ölkənin nümayəndəsi, 60-dan çox…
Daha çoxAkademik Zərifə Əliyevanın əbədi irsi
Azərbaycanın görkəmli alimi, akademik Zərifə Əziz qızı Əliyeva XX əsr oftalmologiya elminin inkişafında mühüm rol oynamış, tibb sahəsindəki fəaliyyəti ilə yalnız elmi deyil, həm də ictimai əhəmiyyət daşıyan nəticələr əldə etmişdir. Onun tədqiqatları xüsusilə infeksion göz xəstəlikləri, o cümlədən traxomanın diaqnostikası, profilaktikası və müalicəsi sahəsində əldə etdiyi uğurlar tibb elminə əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanımın apardığı elmi və praktik işlər nəticəsində bu xəstəlik Azərbaycanda effektiv şəkildə nəzarət altına alınmış və geniş yayılmasının qarşısı alınmışdır. Elmi biliyini və insani dəyərləri birləşdirərək ölkəmizin səhiyyə sisteminə sanballı dəyərlər qatan Zərifə Əliyeva, eyni zamanda…
Daha çoxQəzzada ölənlərin sayı 50 983 nəfərə çatıb
İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı 50 min 983, yaralıların sayı isə 116 min 274-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Qəzza zolağına hücumlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyinin açıqladığı yeni hesabatda son 24 saat ərzində İsrailin hücumları nəticəsində 39 nəfər ölüb, 118 nəfər yaralanıb. Açıqlamada son hücumlarda 38 nəfərin həyatını itirdiyi, bir nəfərin cansız bədəninin dağıntılar altından çıxarıldığı bildirilib. Nazirliyin açıqlamasında, İsrailin atəşkəsi pozduğu martın 18-dən bu yana həyatını itirənlərin sayının 1613 nəfərə, yaralıların sayının isə 4233 nəfərə…
Daha çoxAzərbaycan XİN Fransa xarici işlər nazirinə cavab verib
Fransanın Ermənistana öldürücü silahlarla təchizat etməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət təşkil edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb. O bildirib ki, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir. “Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sülh sazişinin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir”,-deyə XİN…
Daha çoxPIA Lahordan Bakıya birbaşa reysləri bərpa edir
“Pakistan International Airlines” (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək. Bu barədə SİA aviadaşıyıcıya istinadən xəbər verir. Məlumata görə, uçuşlar həftədə iki dəfə – bazar və çərşənbə günləri həyata keçiriləcək. Təyyarə Lahordan yerli vaxtla saat 11:50-də qalxacaq, Bakıya isə yerli vaxtla 15:30-da enəcək. Uçuş müddəti 4 saat 40 dəqiqə təşkil edəcək. Yeni marşrutun Pakistan və Azərbaycan arasında ikitərəfli turizmin, eləcə də ticarət əlaqələrinin inkişafına töhfə verəcəyi gözlənilir. Bu ayın əvvəlində PIA Kəraçidən Bakıya birbaşa reyslərin açıldığını elan edib.
Daha çox“Sərəncam Cəlilabad rayonun inkişafına mühüm bir töhfə vermiş olacaq”
“Ümumiyyətlə Azərbaycan müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da çox ciddi irəliləyişlər olub. İstər Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yol infrastrukturuna çox ciddi yatırımlar olub”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bu gün təkcə Cəlilabad rayonuna deyil, digər regionların iqtisadi inkişafı dövlət proqramı çərçivəsində baş tutan bir layihədir: “Bu layihənin əsas məqsədi regionların iqtisadi inkişafına təkan verə biləcək. Dövlətin əsas xüsusiyyəti cənub bölgəsini kənd təsərrüfatı məhsulları ilə təmin edən və…
Daha çox