Sabah Bakının Binəqədi rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxDay: April 14, 2025
Əmlak Məsələləri Dövlət Xidmətinin “www.e-emlak.gov.az” portalı ləğv edilir
Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək. SİA quruma istinadən xəbər verir ki, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.
Daha çox“Prezidentin tədbirdə iştirakı çox vacib idi”
“Azərbaycan Prezidentinin, ümumiyyətlə, Azərbaycanın geniştərkibli Antalya Diplomatik Forumunda iştirakı əvvəlcə Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olmasının göstəricisi sayıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin orada iştirakı həmin Forumun səviyyəsinin yüksək olmasını bir daha təsdiqləyir: “Eyni zamanda Prezident orada həm bu platformada iştirak etməklə Azərbaycanın artan beynəlxalq nüfuzunu nümayiş etdirdi, həm də çoxsaylı görüşlər keçirdi ki, bu da çox vacib məsələlər içində xüsusilə də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti ilə olan görüş və digər tərəfdaş ölkələrin rəhbərləri ilə aparılan danışıqlar və keçirilən görüşlər olduqca…
Daha çoxAlmaniya yeni kansleri seçəcək
Almaniyada Baş nazir seçkilərinin 2025-ci il mayın 6-da keçirilməsinin planlaşdırıldığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Federal Parlamentin Mətbuat Xidmətindən verilən açıqlamada, parlamentin sədri Julia Klöcknerin Almaniya kanslerinin seçilməsi üçün 6 may 2025-ci il çərşənbə axşamı günü keçiriləcək plenar iclası çağırmağa hazırlaşdığı bildirilib. Bəyanatda qeyd olunub ki, seçkilərin keçirilməsi koalisiya sazişinin müvafiq partiyalar tərəfindən təsdiqlənməsi şərtidir. Federal Parlamentin yeni baş naziri seçməsindən sonra yeni kabinet üzvlərinin həmin gün keçiriləcək plenar iclasda and içəcəyi gözlənilir.
Daha çoxMilli Observatoriya ilə NDU arasında Memorandum imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir. SİA xəbər verir ki, Naxçıvan Dövlət Universitetində, Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Universitetin rəhbər heyəti ilə görüş keçirilib. E.Səfərli Observatoriyanın institusional imkanlarının genişləndirilməsi məqsədilə ali təhsil müəssisələri və analitik tədqiqat mərkəzləri ilə aparılan səmərəli əməkdaşlıqdan bəhs edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində universitet məzunlarının işlə təmin olunma göstəriciləri araşdırılır, tələbə və məzunlar praktiki təcrübə proqramlarında iştirak edirlər. Naxçıvan…
Daha çox“Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”
Hazırkı geosiyasi və makroiqtisadi qeyri-müəyyənliklər fonunda enerji daşıyıcılarının qiymətlərində dalğalanmalar dünya iqtisadiyyatına təsir göstərməkdə davam edir. Neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün bu prosesin fiskal dayanıqlılıq və valyuta bazarına mümkün təsirləri aktual suallardan biridir. SİA xəbər verir ki, mövzu ilə bağlı “Report”un suallarını cavablandıran iqtisadçı-professor Elşad Məmmədov neftin qiymətində baş verə biləcək enişlərin milli iqtisadiyyata, o cümlədən manatın məzənnəsinə təsir mexanizmlərini izah edib, Azərbaycanın mövcud risklərə qarşı hansı maliyyə və institusional imkanlara malik olduğunu dəyərləndirib. – Hazırkı geosiyasi və makroiqtisadi şəraitdə neft qiymətlərinin enməsi ölkə…
Daha çoxErmənistanı narahat edən MƏĞLUBIYYƏT ACISI
Hər dəfə Azərbaycanın uğurlarını, diplomatik qələbələrini, dünyanın bir çox ölkələri ilə, ələlxüsus da, qardaş ölkə olan Türkiyə ilə yanaşı, ABŞ və İsrail kimi ən qabaqçıl ölkələrlə münasibətlərimizin, əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsini müşahidə etmək Ermənistanı narahat edir. Ölkəmizin uğurlarını görmək, seyr etmək erməni cəmiyyəti üçün heç də xoş gəlmir, əksinə, Azərbaycanın uğurlarını ermənilərin əksəriyyəti məhz Ermənistan üçün məğlubiyyət acısı hesab edirlər və narahatlıqlarını da gizlətmirlər. Ölkəsinin davamlı şəkildə məğlubiyyətini qəbul edən haylar olduqca çoxdur və onlar sayı günü-gündən artmaqdadır Sirr deyil ki, Azərbaycanın hər zaman qlobal məsələlərin, bütün dünyanı…
Daha çoxAzərbaycan və Litva XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib. Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə görüşüb. Görüş çərçivəsində Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətləri, eləcə də regional və beynəlxalq vəziyyət müzakirə olunub. İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı…
Daha çoxBirinci rübdə Naftalana gələn turistlərin sayı açıqlanıb
Beynəlxalq turizm mərkəzi olan Naftalana müalicə və istirahət üçün gələn turistlərin sayı ilbəil artır. SİA-nın bölgə müxbiri xəbər verir ki, cari ilin birinci rübü ərzində şəhərə müalicə məqsədilə 6432 turist səfər edib. Buraya üz tutanlardan 2367 nəfəri xarici turistdir. Müalicəvi nefti ilə min bir dərdə dərman olan Naftalan kurort şəhəri kimi dinamik dəyişən siması və xidmət potensialı ilə dünyanın ən cəlbedici müalicə turizm məkanlarından birinə çevrilir. Qeyd edək ki, ötən il Naftalana 44 min 801 turist səfər edib. Onlardan 15 min 864 nəfəri 47 xarici ölkənin vətəndaşları olub.
Daha çoxSabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Daha çox