Avropa İttifaqı nazirləri İrana qarşı sanksiyaları təsdiqləyib

…Diplomatlar bildiriblər ki, Avropa İttifaqının xarici işlər nazirləri cümə axşamı günü Brüsselin dövlət tərəfindən dəstəklənən girov götürmə kimi qiymətləndirdiyi Avropa İttifaqı vətəndaşlarının saxlanmasına görə İranın yeddi fiziki və iki qurumuna sanksiya tətbiq edib. SİA-nın məlumatına görə, Reuters-in gördüyü sanksiya siyahısına Tehranın Evin həbsxanasının direktoru, eləcə də bir neçə hakim və digər məhkəmə rəsmiləri daxildir. Şiraz şəhərinin əsas həbsxanası da sanksiyaya məruz qalan təşkilatlar sırasındadır. Sanksiyalara Avropa İttifaqında yerləşən bütün aktivlərin dondurulması və Avropa İttifaqına hər hansı səfərin qadağan edilməsi daxildir. Son illərdə İran İnqilab Keşikçiləri əsasən casusluq və təhlükəsizliklə bağlı…

Daha çox

“Bu gün Çin qlobal cənubun əsas mərkəzi qismində çıxış edir”

“Çin-Azərbaycan münasibətləri öz tarixinin yüksək mərhələsinə qədəm qoyub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bir il bundan əvvəl Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb: “Strateji tərəfdaşlığın həm ikitərəfli münasibətlər üçün yarada biləcəyi mümkün hüquqi şərtlər, həm də sinxron hərəkət etmək üçün ortaq öhdəliklər gətirəcək qədər səciyyəvi xüsusiyyətləri var. Nəticə etibarilə bu gün Çin qlobal cənubun əsas mərkəzi qismində çıxış edir. Çinin Avropaya yönələn strateji kommunikasiyalarının əksəriyyəti bir yol layihəsi çərçivəsində Azərbaycan üzərindən Qərbə yönəlir. Dolayısı ilə həm Çin-Azərbaycan arasında tarixi əlaqələr, həm…

Daha çox

Naxçıvan şəhərindəki “İsmayıl Xan hamamı” bərpa ediləcək

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş satınalmaya əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer…

Daha çox

Azərbaycan və Xorvatiyanın nümayəndələri regional məsələləri müzakirə ediblər

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Xorvatiyanın Alyans yanındakı nümayəndəsi səfir Mario Nobilo ilə cari regional məsələləri (Cənubi Qafqaz – red.) müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan səfiri “X”də yazıb. “Bu gün Xorvatiyanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Mario Nobilo ilə görüşdüm. Biz Sülh Naminə Tərəfdaşlıq çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri, həmçinin cari regional hadisələr barədə səmərəli müzakirə apardıq”,- məlumatda qeyd olunub.

Daha çox

Moskvada kilsənin yaxınlığında partlayış baş verib

Moskvanın Zyablikovo rayonunda “Həyat verən üçlük” kilsəsinin yaxınlığında skuterdə partlayış baş verib. SİA-nın məlumatına görə, bu barədə “Moskva 24” telekanalı bildirib. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Avtomobilin sahibi hadisə yerində olmayıb. Öz növbəsində, “Ehtiyatlı ol, Moskva” Telegram kanalı iddia edir ki, Orexovo-Borisovo rayonundakı “Həyat verən üçlük” Kilsəsinin yaxınlığında mühafizə kabinəsi alovlara qərq olub. Bundan əvvəl Moskvanın Nijnyaya Maslovka küçəsindəki yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat yayılmışdı. Hadisə nəticəsində evin şüşələri sınıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Hətta bundan əvvəl Moskva vilayətində kənd təsərrüfatı kompleksində partlayış…

Daha çox

Kapital Bank 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2025-ci il tarixinə 12 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub. 1 aprel 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat təşkil edib. Bankın 1 aprel 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 55 milyon manat olub. Qeyd edək ki, Kapital Bank “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda…

Daha çox

Ermənistanın yaydığı məlumat yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür. Qarşı tərəf həqiqəti əks…

Daha çox

Yenə Trampın tarifləri səbəbindən..?

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analitikləri ABŞ-ın idxal tarifləri ilə bağlı ticarət müharibələrinin artması fonunda qlobal neft tələbatının artımı ilə bağlı proqnozlarını aşağı salıblar. SİA-nın məlumatına görə, bu barədə Bloomberg təşkilatın hesabatına istinadən xəbər verir. ABŞ və Çin arasında artan ticarət və iqtisadi qarşıdurma fonunda qlobal neft tələbində artım proqnozu aşağı salınıb. Ağ Evin rəhbəri Donald Tramp Çindən gətirilən məhsullara idxal rüsumlarını 145 faizə qaldıraraq, sonuncu üçün böyük məsuliyyət daşıyır. Vaşinqton və Pekin arasında ticarət müharibəsi, ekspertlərin gözlədiyi kimi, qlobal xammal istehlakının həcminə mənfi təsir göstərə bilər. Bu fonda…

Daha çox

Fəal gənc könüllülər maarifləndirmə işinə cəlb olunublar

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə piyadalar arasında yol hərəkəti qaydaları barədə məlumatlılığı artırmaq məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər davam etdirilir.Təbliğatın gücləndirilməsi məqsədi ilə Sumqayıt şəhəri üzrə fəal gənc könüllülər də maarifləndirmə işinə cəlb olunublar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İlkin mərhələdə tədbirlər maarifləndirici xarakter daşıyacaq və piyadalara yol hərəkəti qaydaları izah ediləcək. Növbəti mərhələdə isə qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tədbirlərin görülməsi planlaşdırılır. Sumqayıt şəhərində insanların intensiv hərəkət etdiyi küçə və prospektlərdə piyadaların vurulması ilə…

Daha çox

Zərifə Əliyeva – elmə, insanlığa və ailə dəyərlərinə sədaqət nümunəsi

Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli Lideri Heydər Əliyevin həyatında xüsusi yer tutan şəxsiyyətlərdən biri də onun ömür-gün yoldaşı, tanınmış alim, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva olmuşdur. Zərifə xanım öz biliyi, zəhməti, yüksək insani keyfiyyətləri və fədakar əməyi ilə təkcə yaxın ətrafının deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin dərin hörmətini və sevgisini qazanmışdır. Zərifə Əliyeva 1923-cü ildə görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış, yüksək təhsil alaraq oftalmologiya sahəsində ixtisaslaşmışdır. Onun elmi fəaliyyəti, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası sahəsində apardığı tədqiqatlar, bu sahənin inkişafına ciddi töhfələr vermişdir.…

Daha çox