Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio və İranın XİN başçısı Seyid Abbas Araqçi ilə telefon danışıqları aparıb. SİA xəbər verir ki, bununla bağlı Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, Hakan Fidan ilə Marko Rubio arasındakı danışıq zamanı Türkiyə-ABŞ münasibətləri müzakirə edilib, Suriyadakı mövcud vəziyyət, Qəzzaya humanitar yardımların çatdırılması və Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunmasına dair səylər dəyərləndirilib. Fidan ilə Araqçi arasındakı görüşdə isə İranın nüvə proqramı ilə bağlı ötən həftə Oman Sultanlığında keçirilən danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.
Daha çoxDay: April 14, 2025
"Azərbaycan dünyanın diqqət mərkəzindədir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Azərbaycan dünyanın diqqət mərkəzindədir” – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Daha çoxTürkiyənin ticarət nazirinin müavini Xankəndi və Xocalıda olub
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı və Xankəndiyə səfər edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, türkiyəli qonaqlar əvvəlcə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar. Onlara Xocalıda aparılan işlər barədə geniş məlumat verilib. Nümayəndə heyəti sonra Xankəndidə Qarabağ Universitetində olub, Zəfər meydanında aparılan tikinti-quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki,…
Daha çoxErmənistandan konstitusiya baryeri
Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov iki ölkənin konstitusiyalarını tənqidi üzərindən fikir mübadiləsi aparıblar. Ermənistanın baş diplomat açıq şəkildə qonşularının öz Əsas Qanununa arxalanaraq ölkəsinin əhəmiyyətli bir hissəsini ələ keçirməyə cəhd edə biləcəyindən qorxduğunu dolayısı ilə təsdiq edib. Azərbaycanın XİN başçısı isə açıqlamasında əminliklə bildirib ki, Ermənistan Konstitusiyası sülh müqaviləsini dəyərdən salır. “Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi, konstitusiyasında isə bəyannamədə qeyd olunanlar öz əksini tapıb. Sülh sazişi bir çox məsələləri həll edir, lakin sülh müqaviləsində hansı beynəlxalq…
Daha çoxKallas Ukraynaya silah üçün ayrılan vəsaitin həcmini artırdığını deyib
…2025-ci ildə Avropa İttifaqı ölkələri Ukraynaya silah üçün 2024-cü ilə nisbətən daha çox vəsait ayırıb. SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas TASS agentliyinə bildirib. …Avropa İttifaqı ölkələri artıq Ukraynaya 23 milyard avro ayırıb. Keçən il onlar 20 milyard avro ayırıblar, lakin ABŞ-la birlikdə bu, 40 milyard avroya qədər olub, – o deyib. Avropa diplomatiyasının rəhbəri Avropa İttifaqı ölkələrini Kiyevə hərbi dəstəyi artırmağa çağırıb. Bundan əvvəl Kallas bildirib ki, Avropa İttifaqı ölkələri artıq Kiyevə vəd edilən iki milyon artilleriya mərmisinin üçdə…
Daha çox“…Hər bir ölkə öz regionunda məsuliyyətli davranmalıdır”
“Azərbaycan Prezidentinin Çinlə iki tərəfli münasibətlərə toxunması, təbii ki, siyasi, iqtisadi, mədəni əlaqələr, həmçinin regional və qlobal əməkdaşlıq məsələlərini əhatə edir. Bu məsələlərə diqqət yetirməsi Çin və Azərbaycan arasında artan ticarət dövriyyəsi, eləcə də siyasi əlaqələrdə müşahidə olunan dinamikanın, gələcəkdə daha yüksək səviyyəli əməkdaşlığa təkan verə biləcəyinə işarədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, burada yalnız iqtisadi və siyasi əlaqələrdən, yaxud mənəvi yaxınlıqdan danışmaqla kifayətlənmək olmaz.: “Eyni zamanda beynəlxalq təhlükəsizlik məsələsi də gündəmə gəlir. Çünki beynəlxalq təhlükəsizliyin təmin olunması üçün hər bir ölkə öz regionunda…
Daha çoxRus və belaruslar Estoniyada səsvermə hüququndan məhrum edilir
Estoniya prezidenti Alar Karis ruslar, belaruslar və digər ikili vətəndaşlığı olan şəxsləri yerli seçkilərdə səsvermə hüququndan məhrum edən qanun imzalayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Postimees portalı məlumat yayıb. Рийгикогу …Riyqikoqu (Estoniya parlamenti-A.B.) üzvləri əlbəttə başa düşürlər ki, Konstitusiyaya dəyişiklik etməklə onlar çox ciddi nəticələrə səbəb olan qərar qəbul ediblər. Mən dəfələrlə vurğulamışam ki, fikrimcə, bunun çox böyük nəticələri ola bilər. Bunu prezident Karis deyib. Qeyd olunur ki, növbəti seçkilərdən başlayaraq vətəndaşlığı olmayan şəxslər də yerli seçkilərdə səsvermə hüququnu itirəcək. Qeyd edək ki, SSRİ dağılandan bəri…
Daha çoxAvtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq “Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib. SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC, 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar. Qeyd edək ki, marşrut…
Daha çoxBakı bu ölkəni İrəvanla sülhə mane olmaqda ittiham edir…
Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün Fransa müdaxiləni dayandırmalıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə X sosial şəbəkəsində bildirib. …Sülh müqaviləsinin imzalanması və davamlı sabitliyin təmin edilməsi üçün əsas məsələlərin, xüsusilə Ermənistanın konstitusion ərazi iddialarının həll edilməsi və sabitliyi pozan xarici müdaxilələrə, o cümlədən Fransanın müdaxiləsinə son qoyulmalıdır, – XİN-in rəsmi nümayəndəsi tələb edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Ermənistanı “öldürücü silah”la təmin etdiyini vurğulayıb. O, həmçinin Parisi uzun müddətdir mövcud olan anti-Azərbaycan mövqeyində ittiham…
Daha çox“Aydındır ki, bu, son mərhələ deyil”
Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı hazırladığı təklifləri ABŞ-a təqdim edib Ukrayna nadir torpaq metalları üzrə sazişlə bağlı Kiyevin hazırladığı təklifləri artıq ABŞ-a təqdim edib. Bu, Vaşinqtonda keçirilən texniki məsləhətləşmələr zamanı baş verib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Olqa Stefanişina milli telemarafonun efirində çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, o, sazişlə bağlı bir çox təfərrüatları açıqlaya bilməz, lakin məsləhətləşmələrin aparılması müsbət əlamətdir. “Hazırkı mərhələdə bunu deyə bilərəm ki, Ukrayna nümayəndə heyəti ABŞ tərəfinə Kiyevdə hazırlanan və razılaşdırılan bütün təklifləri…
Daha çox