Zərifə xanım Əliyeva adını tarixdə əbədiləşdirən unudulmaz şəxsiyyətdir

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Bu məqamı xüsusi qeyd etmək istərdik ki, 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan…

Daha çox

“Ukraynada son ölümcül hücumlar göstərir ki, Rusiya sülh istəmir”

İsveç Xarici İşlər Naziri: Ukraynaya kömək etmək üçün Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyin vaxtıdır Rusiyanın Ukraynaya son ölümcül zərbələri Avropa İttifaqının Rusiyaya təzyiqinin artmasına, xüsusən də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinə gətirib çıxarmalıdır. SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard deyib. …Ukraynada son ölümcül hücumlar göstərir ki, Rusiya sülh istəmir. Ona görə də indi biz Rusiyaya təzyiqi artırmaqla yanaşı, Ukraynaya dəstəyi də artırmalıyıq. Həmçinin hərəkətə keçmək və dondurulmuş aktivləri toplamaq vaxtıdır, –…

Daha çox

Böyük hədəflərə doğru

Azərbaycan-Çin münasibətlərində strateji tərəfdaşlıq formatı Azərbaycanın əsas tərəfdaşları arasında Çinin xüsusi yeri var. Strateji tərəfdaşlıq haqqında bəyannamə iki ölkənin rəhbəri İlham Əliyevlə Si Cinpin arasında keçirilən görüş zamanı qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olub. Əlbəttə, Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq Azərbaycan üçün olduqca vacibdir. Çin şirkətləri ilə yaşıl enerji, yaşıl ictimai nəqliyyat vasitələri, Günəş panellərinin təchizatı sahəsində əməkdaşlığımız inkişaf etməkdədir. Çinlə Azərbaycan arasında tarixi əlaqələr, həm də bugünkü milli maraqların uzlaşması iki ölkə arasında strateji tərəfdaşlığı zəruri edən şərtlər kimi çıxış…

Daha çox

Suriyanın Moskvadakı səfiri Rusiyadan sığınacaq istəyib

Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib. SİA xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb. Bundan əvvəl məlum olub ki, Suriyanın keçid hökuməti Moskvada səfir dəyişikliyinə can atır. Sonradan bildirilib ki, Cəfəri Dəməşqə geri çağırılması və respublikanın diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi barədə bildiriş alıb. …Və Suriya səfiri Rusiya Federasiyasından sığınacaq istəyib. Bunu TASS-dakı mənbə bildirib. Əli Babayev

Daha çox

Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb, özü də…

Rusiyanın aktivləri hesabına Bazar ertəsi, aprelin 14-də Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə G7 kredit mexanizmi çərçivəsində Ukraynaya 752 milyon funt sterlinq (990 milyon dollar) göndərib. SİA-nın məlumatına görə, Avropa Pravdası Reuters-ə istinadən xəbər verir. Böyük Britaniyanın Ukraynaya ən son tranşı 2,26 milyard funt sterlinq məbləğində planlaşdırılan üç ödənişdən ikincisidir. Birincisi martın 6-da baş tutub və 752 milyon funt sterlinq təşkil edib. Qalan vəsaitin 2026-cı ildə ödənilməsi planlaşdırılır. Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Reyçel Rivs deyib ki, “…dünya bizim gözümüzün önündə dəyişir, qlobal qeyri-sabitlik, xüsusən də…

Daha çox

Qaçqınların qayıdış hüququ: Dünya praktikasının təhlili

Hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranması onun üzərinə düşən öhdəlikdir. O, mövcud beynəlxalq nizamı və üzərinə götürdüyü öhdəlikləri pozursa, o zaman öhdəlikləri pozmasının nəticələri tanınmamalı, qarşısı alınmalı, müxtəlif təsir metodları ilə çəkindirilməlidir. SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, qaçqınların geri qayıdış hüququ beynəlxalq hüquqi nizamın tərkib hissəsidir. BMT-nin İnsan Hüquqları Komitəsi bu hüququ belə şərh edir: Dövlətlər vətəndaşlarını ölkəyə buraxmamaq üçün çox güclü əsaslara malik olmalıdır. Hətta ölkədən məcburi çıxarılan və ya girişinə qadağa…

Daha çox

Batmış tankerlərin sökülməsi üçün bir milyard rubl veriləcək

Rusiya hökuməti Kerç boğazında batmış “Volqoneft-212” və “Volqoneft-239” tankerlərinin üst tikililərinin sökülməsi üçün bir milyard rubldan çox vəsait ayıracaq. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Vitali Savelyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. …Hökumət su altında olan gəmilərin üst konstruksiyalarının sökülməsi üçün 1 milyard 92 milyon rubl ayırmaq qərarına gəlib. Bu məbləğə həmçinin xüsusi möhürlənmiş koferdam konstruksiyaları üçün layihə sənədlərinin hazırlanması daxildir. Onlar bu il oktyabrın 30-dək quraşdırılmalıdır. Savelyevin sözlərinə görə, Kerç boğazında batan tankerlərdə 3,9 ton mazut olub. Putinin Nazirlər Kabineti ilə görüşü…

Daha çox

Suriya səfiri təkzib edib…

… Rusiyadan sığınacaq istəməsi ilə bağlı məlumatı …Və bu arada Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəməsi ilə bağlı məlumatı təkzib edib. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. …Xeyr, bu xəbər tamamilə doğru deyil. Belə bir xəbərin haradan gəldiyi məni təəccübləndirdi,- deyən diplomat, həqiqətən də Rusiya hakimiyyətinə sığınacaq üçün müraciət edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib. Daha əvvəl TASS xəbər agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib. Aprelin 8-də Suriya Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr…

Daha çox

“Azərbaycan–Türkiyə münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir”

“Antalya Diplomatik Forumu ilk növbədə Azərbaycan–Türkiyə münasibətlərini dəyişən geosiyasi reallıqlara uyğun şəkildə yeniləmək, təzələmək və yenidən şəkilləndirmək baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan və Türkiyə rəhbərliyi bu forum çərçivəsində müxtəlif səviyyələrdə görüşlər keçirib, münasibətlərin ən aktual məsələlərinə yenidən nəzər yetiriblər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının aparıcı və təşkilatçı qüvvələrindəndir. Aydındır ki, Antalya Forumunda iştirak edən ölkələrin mütləq əksəriyyəti türk dövlətləri tendensiyasına, eləcə də Azərbaycanın və Türkiyənin həyata keçirdiyi siyasətə müəyyən dərəcədə rəğbət bəsləyən ölkələrdir: “Bu baxımdan, Azərbaycanın və ümumilikdə türk…

Daha çox