Tacikistanda növbəti zəlzələ baş verib

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Tacikistanda son 24 saat ərzində dördüncü zəlzələ baş verib. Sonuncu yeraltı təkanların 5 bal gücündə episentri UTC vaxtı ilə saat 19:34-də (Moskva vaxtı ilə 17:34) Rəştdən 24 kilometr şimal-şərqdə yerləşib. SİA xəbər verir ki, TASS-ın Tacikistanın Fövqəladə Hallar Komitəsinə istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində Rəşt bölgəsində 17 yaşayış binası qismən dağılıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Ötən gün ölkədə daha üç seysmik hadisə baş verib. Saat 10:06-da (Moskva vaxtı ilə 08:06) 4,2 bal gücündə, 12:14-də (Moskva vaxtı ilə 10:14) 4,7 bal…

Daha çox

NASA Qaqarinə hörmət nümayiş etdirib…

…Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Kosmonavtika Günü şərəfinə sovet kosmonavtı Yuri Qaqarini ehtiramla yad edib. SİA-nın məlumatına görə, müvafiq nəşr agentliyin X sosial şəbəkəsindəki səhifəsində yer alıb. …İnsanın kosmosa uçuşunun bu beynəlxalq günündə biz bəşəriyyətin 1961-ci ildə Yuri Qaqarinin kosmosa ilk uçuşunu və 1981-ci ildə Kosmik Şölün ilk buraxılışını qeyd edirik, – nəşrdə deyilir. Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kosmonavtika Günü münasibətilə təbrik teleqramında Yuri Qaqarinin kosmosa uçuşunun 20-ci əsrin epoxal hadisəsi olduğunu bildirmişdi. Nazlı Almuradova

Daha çox