Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans baş tutur. Konfransda Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri və medianın nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edir.
Daha çoxDay: April 14, 2025
Rusiyanın dəhşətli qətliamına ABŞ-dan şok reaksiya
Rusiyanın Suma hücumu Donald Trampın 30 günlük atəşkəs cəhdinin nəticəsiz olduğunu təsdiq etdi. Putin Trampın “atəşkəs təklifini” qəbul edəndə də yazmışdıq: Rusiya sülhdən qaçan tərəfə çevrilməmək və ABŞ-ın təzyiqindən yayınmaq üçün buna razı oldu, lakin tərəflər – Rusiya və Ukrayna bir-birini “atəşkəsi pozan tərəf” kimi göstərmək üçün qarşılıqlı hücumlara davam edəcəkdi və razılaşmanın əldə edilməsindən sonra hücumlar səngimədi. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sum hücumu nəticələrinə görə daha dəhşətlidir. Bu hücumda əsas diqqətçəkən məqam ABŞ-ın reaksiyası oldu. Vaşinqtondan verilən açıqlamalarda – Rubio və Kelloqun bəyanatlarında Rusiya qınanılsa da,…
Daha çoxBakının bir çox yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər); 7. Aeroport şosesi, hava limanı istiqamətində; 8. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası…
Daha çoxBritaniyada La-Manş boğazı ilə qanunsuz miqrasiya rekord həddə çatıb
Britaniyada bu il kiçik qayıqlarla qanunsuz miqrasiya halları rekord səviyyəyə çatıb. SİA “Telegraph”a istinadla xəbər verir ki, təkcə aprelin 12-də La-Manş boğazını keçərək 656 miqrant ölkəyə daxil olub. Bununla da 2025-ci ilin əvvəlindən bəri ümumi rəqəm 8064 nəfərə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur və son illərin ən yüksək göstəricisi hesab olunur. Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, qanunsuz keçidlər həm insanların həyatını təhlükəyə atır, həm də ölkənin sərhəd təhlükəsizliyini sarsıdır.
Daha çoxBeynin naqil diaqramı və funksional xəritəsi hazırlanıb
Ən böyük və ən detallı beyin naqil diaqramı və funksional xəritə təqdim edilib. Bu elm tarixində yeni bir mərhələ sayılır. SİA “Science Daily” portalına istinadla xəbər verir ki, layihənin nəticələri nüfuzlu “Nature” jurnallarında 10 tədqiqat toplusu şəklində dərc olunub və ictimaiyyətə “MICrONS Explorer” vasitəsilə təqdim edilib. Bir qum dənəsi ölçüsündə olan siçan beyninin bir kub millimetrlik toxuma nümunəsindən çıxarılan bu məlumat dəsti 1,6 petabaytlıq həcmdədir. Bu, təxminən 22 il fasiləsiz HD videoya bərabərdir. Qlobal səviyyədə 150-dən çox nevroloq, süni intellekt tədqiqatçısı və bioloqun iştirakı ilə həyata keçirilən bu multidissiplinar layihə…
Daha çoxBu gün Bakıya yağış yağacaq
Aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var, mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65% olacaq. Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli…
Daha çoxÇində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib
Çinin şimalında güclü küləklə əlaqədar bir neçə bölgədə narıncı xəbərdarlıq elan edilib. SİA xəbər verir ki, bu barədə məlumat Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, Şansi, Hebey əyalətləri, eləcə də Pekində küləyin gücünün 11 bala qədər güclənəcəyi gözlənilir. Bundan əlavə, Bohay, Sarı, Şərqi Çin dənizlərində qum və qar fırtınası gözlənilir.
Daha çoxABŞ-nin Çinə təsir rıçaqları var – Ağ ev
ABŞ-nin Çinə təsir rıçaqları var – Ağ ev
Daha çoxHƏMAS-ın önəmli ismi öldürüldü
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Deyr əl-Bələh bölgəsində radikal HƏMAS hərəkatının snayper bölməsinin komandir müavinini məhv edib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir. “İsrail ordusu Deyr əl-Bələh bölgəsində HƏMAS-ın snayper bölməsinin komandirinin müavini olan terrorçu Übeydə Naim əl-Hadhud Musanı məhv edib. Terrorçu öz avtomobilində öldürülüb”, – deyə bildirilib.
Daha çoxBraziliyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib
Braziliyanın sabiq prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib. SİA xəbər veirir ki, bu barədə G1 portalı məlumat yayıb. Səhhətində yaranan problemlər səbəbindən o bağırsağından əməliyyatı keçirib. Onun vəziyyəti ilə bağlı hələlik məlumat verilmir. Aprelin 11-də Braziliyanın keçmiş prezidenti Rio Qrande bələdiyyəsində keçirilən tədbirdə özünü pis hiss edib.
Daha çox