Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar…
Daha çoxDay: April 14, 2025
Aqroparklarla bağlı səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə verilib
Prezident İlham Əliyev aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib. Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 21 dekabr 2021-ci il fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş aktları 6 ay müddətində qəbul etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi bu fərmandan irəli…
Daha çoxAzərbaycan Çində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycan mayın 27-29-da Çinin Şanxay şəhərində keçiriləcək “İTB China 2025″ beynəlxalq turizm sərgisində iştirak edəcək. SİA xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. “ITB China” bu ölkənin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən biridir. Tədbir beynəlxalq turizm istiqamətlərini, xidmət təminatçılarını, çinli alıcıları bir araya gətirərək, unikal biznes əlaqələrinin qurulması, yeni trendlərin öyrənilməsi və səyahət təkliflərinin nümayişi üçün geniş imkanlar təqdim edir, dünya səviyyəli alıcıları və sərgi iştirakçılarını bir araya gətirərək, şəbəkələşmə, fikir mübadiləsi, çinli turistlərin dəyişən maraqlarını kəşf etmək üçün mükəmməl şərait yaradır, qlobal turizm sənayesində öz…
Daha çoxUşaqlarımızı kimə etibar edə bilərik
“Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrindən biridir. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır?”. Bütün bu suallarla bağlı SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun fikrincə, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə…
Daha çox“Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib. Diqqət çəkən əsas məqamlardan biri Prezident İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşü olub. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “Əhməd əş-Şaranın keçmişi müəyyən qədər tənqidə açıq olsa da, o, hazırda…
Daha çoxRubl bahalaşdı – MƏZƏNNƏ
Rubl bahalaşdı – MƏZƏNNƏ
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,2% azalaraq 3 238,1 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,34% azalaraq 31,802 ABŞ dollarına bərabər olub.
Daha çoxİlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib – FOTO
İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib – FOTO
Daha çox“Gələcəyin tibb bacısı və həkim təhsili modeli”
11–12 aprel 2025-ci il tarixlərində Xankəndi şəhərində “Gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, Qarabağ Universitetinin təşkilatçılığı ilə baş tutan bu möhtəşəm elmi tədbirdə tibbi təhsil sahəsində Azərbaycan və xarici ölkələrin aparıcı peşəkar mütəxəssisləri iştirak ediblər. Tədbirin əsas məqsədi Qarabağ Universitetinin Tibb Fakültəsi və Universitet Klinikasının tədris modelini, təhsil proqramlarının kurrikulumunu, bacarıq çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirmək olmuşdur. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfransın işində iştirak edərək sessiyalar zamanı tibb təhsili sahəsində Mərkəzi Gömrük Hospitalının…
Daha çoxAzərbaycandan Avropaya 3 milyard kubmetrə yaxın qaz ixrac edilib
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Avropaya təxminən 3 milyard kubmetr qaz ixrac olunub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, ötən üç ayda Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub. Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz nəql edilib. Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti…
Daha çox