…Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Kosmonavtika Günü şərəfinə sovet kosmonavtı Yuri Qaqarini ehtiramla yad edib.
SİA-nın məlumatına görə, müvafiq nəşr agentliyin X sosial şəbəkəsindəki səhifəsində yer alıb.
…İnsanın kosmosa uçuşunun bu beynəlxalq günündə biz bəşəriyyətin 1961-ci ildə Yuri Qaqarinin kosmosa ilk uçuşunu və 1981-ci ildə Kosmik Şölün ilk buraxılışını qeyd edirik, – nəşrdə deyilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kosmonavtika Günü münasibətilə təbrik teleqramında Yuri Qaqarinin kosmosa uçuşunun 20-ci əsrin epoxal hadisəsi olduğunu bildirmişdi.
Nazlı Almuradova