Banqladeşdə britaniyalı deputat barəsində həbs qərarı çıxarılıb


Banqladeşdə Korrupsiyaya qarşı Mübarizə Komissiyası (ACC) Britaniyanın Leyboristlər Partiyasından olan parlament üzvü Tulip Siddiq barəsində həbs qərarı çıxarıb. SİA “Sky News”a istinadla xəbər verir ki, deputat Banqladeşin paytaxtı Dəkkədə yerləşən torpaq sahəsini qanunsuz əldə edib.

Tulip Siddiqin vəkilləri bu iddiaların tamamilə yalan olduğunu bildirib və qeyd ediblər ki, onun barəsində ittiham irəli sürmək üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, Tulip Siddiq bu ilin əvvəlində Maliyyə Nazirliyindəki vəzifəsindən istefa verib. Onun istefası Banqladeşdə ötən il devrilmiş Şeyx Hasinanın hökuməti ilə əlaqələrinin Baş nazirin etika müşaviri tərəfindən araşdırılmasından sonra baş verib.

Əlaqəli Xəbərlər