Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib


Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşmasının önəmindən, Kayseridə “Şuşa” Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, şəhərlər arasındakı əlaqələrin perspektivləri müzakirə olunub, həmçinin tarixi Şuşa şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri haqqında məlumat verilib.

Görüşdən sonra qonaqlar qədim Şuşa şəhərindəki dini, tarixi-memarlıq və mədəniyyət abidələrini ziyarət ediblər.

14:13

Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksəkvəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Şuşa şəhərinə gəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçiriləcək. Qonaqlar sonra Qarabağın incisi, Azərbaycan tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olacaqlar.

Əlaqəli Xəbərlər