Güclü zəlzələ Myanmanı yenə silkələdi

Myanmada 5,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 86 km cənubda yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Daha çox

Maduro Moskvaya gəlir

Venesuela Prezidenti Nikolas Maduro 9 May – Qələbənin ildönümündə Rusiyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov venesuelalı həmkarı ilə görüşdə bildirib. “Bugünkü görüş Prezident Maduronun 9 May münasibətilə Moskvaya səfərinə hazırlıq fonunda saatları uyğunlaşdırmaq üçün yaxşı fürsətdir”, – deyə o, Antalya Diplomatik Forumunda venesuelalı həmkarı İvan Xil ilə görüşü zamanı deyib.

Daha çox

Ərdoğan Gürcüstana rəsmi səfərə dəvət edildi

Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən və müxtəlif sahələrdə uğurlu əməkdaşlıqdan danışılıb. Baş nazir qonaqpərvərliyinə görə Prezident Ərdoğana təşəkkür edib və forumun liderlər arasında müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi üçün mühüm platformaya çevrildiyini qeyd edib. Tərəflər Birgə İqtisadi Komitənin işinin bərpasının vacibliyini müzakirə edib və yaxın vaxtlarda növbəti iclasın keçirməyə hazır olduqlarını təsdiqləyiblər. Türkiyənin Gürcüstanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib…

Daha çox

Çinin Şensi əyalətinin qubernatoru haqqında təhqiqat başlanıb

Çin Kommunist Partiyasının Mərkəzi İntizam Komitəsi və Dövlət Nəzarət Komitəsi partiya intizamını və qanunları pozmaqda şübhəli bilinən Şensi əyalətinin qubernatoru Cin Siancun haqqında təhqiqata başlayıb. SİA xəbər verir ki, hər iki komitə qubernatorun məsələsi haqqında ətraflı məlumat açıqlamayıb. Uzun illər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış Cin Siancun 2018-ci ildə Teincin şəhəri merinin müavini təyin olunub. O, 2023-cü ilin yanvarından Şensi əyalətinin qubernatoru vəzifəsində çalışır. Qeyd edək ki, Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə on minlərlə məmur edam…

Daha çox

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib

Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudea aprelin 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya parlament nümayəndə heyətini Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Mirça Abrudeanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Daha çox

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası bir il ərzində ölkədən bir milyona yaxın qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Qəzetin qeyd etdiyi kimi, bu rəqəm ABŞ Prezidenti Barak Obamanın administrasiyası dövründə müəyyən edilmiş əvvəlki 400 min deportasiya rekordunu xeyli üstələyir. Analitiklər bu rəqəmi qeyri-real hesab edirlər, çünki bu iş üçün hüquq-mühafizə orqanlarına kifayət qədər kadr və maliyyə ayrılmayıb. Bundan əlavə, miqrantların məhkəməyə müraciət etmək və onların deportasiyasına etiraz etmək hüququ var. Nəşrin məlumatına görə, bu məqsədə çatmaq üçün…

Daha çox

Nigeriyada avtobus minaya düşüb

Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. SİA xarici mediaya istinadla xəbər verir ki, hadisə Mayduquri-Damboa avtomobil yolunda baş verib. Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşması tərəfindən yola qoyulduğu iddia edilir. Avtobus hərbçilərin mühafizəsi altında hərəkət edirdi. Partlayışın baş verdiyi rayonun rəhbəri Lovan Maina yaralıların Maiduquri xəstəxanasına aparıldığını bildirib.

Daha çox

Hande Erçel dərin dekolteli boz korset və mini ətəkdə fotosessiyaya çəkilib

Türkiyəli milyarder Ömər Sabancının gəlini, “Sen Çal Kapımı” serialının ulduzu, aktrisa Hande Erçel dərin dekolteli boz korset və mini ətəkdə fotosessiyaya çəkilib. SİA xəbər verir ki, o, lentə alınan fotoları “Instagran” hesabında paylaşıb. Görünüş dizə qədər corablar, saç bandı, kütləvi bilərziklər və ayaqqabılarla tamamlanıb. O, saçlarını aşağı salıb, və axşam makiyajı etdirib. Hande Erçelin şəxsi həyatı və yaradıcılığı pərəstişkarlarının yaxından diqqət mərkəzindədir. 2022-ci ilin mart ayında ulduzun “Sen Çal Kapımı” serialında tərəf müqabili olan aktyor Kerem Bürsinlə ayrıldığı məlum olub. Bir neçə ay sonra mətbuatda Erçelin Türkiyənin ən zəngin ailələrindən…

Daha çox

ABŞ Yəməndə texniki məktəbə zərbə endirdi

ABŞ qüvvələri Yəmənin cənub-qərbindəki Əl-Bayda əyalətində texniki məktəbə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, təhsil müəssisəsinə azı beş hava zərbəsi endirilib. “Əl-Ərəbiyyə” telekanalının mənbələrə istinadl verdiyi məlumata görə, Amerika hava qüvvələrinin hücumunun hədəfi təhsil müəssisəsinin ərazisində yerləşən husilərin silah anbarları olub. Ölən və yaralananlar barədə məlumat verilmir.

Daha çox