Ukraynada Sumı şəhərinə raketlər atılıb

Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 20-dən çox dinc sakin həlak olub. SİA xəbər verir ki, bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar teleqramda məlumat verib. “Palm bazarının bu parlaq günündə cəmiyyətimiz dəhşətli faciə yaşayıb. Düşmən dinc əhaliyə raket zərbəsi endirib. Təəssüf ki, 20-dən çox ölüm faktı artıq məlumdur”, – deyə o qeyd edib. Sumidə qurbanlar barədə məlumatı Prezident Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib: “Rusiya ordusu Sumı şəhərini raketlərlə vurublar və dinc sakinləri öldürüblər”, – o vurğulayıb.

Daha çox

Azərbaycan dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib

“Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya problemin həlli üçün heç bir əməli addım atmayıb: “İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin…

Daha çox

Fransada prezident və baş nazirdən narazı olanların sayı artır

Fransa sakinlərinin üçdə ikisi Fransa prezidenti Emmanuel Makron və baş nazir Fransua Bayrunun siyasətini bəyənmir. SİA xəbər verir ki, bu barədə məlumatlar “Ipsos və CESI Ecole d’Ingenieurs” tərəfindən “La Tribune de Dimanche” qəzeti üçün apardıqları sorğuda yer alıb. Beləliklə, 1000 yaşlı fransız respondentin 70%-i Makronun ölkə prezidenti kimi fəaliyyətini bəyənmir ki, bu da bir ay əvvəlkindən 1 faiz bəndi çoxdur. Ona rəğbət bəsləyənlərin sayı da 1 faiz bəndi azalaraq 26 faizə düşüb, qalanları dəqiq cavab verə bilməyib. Həmçinin, bir ay ərzində baş nazir Fransua Bayrunun reytinqi xeyli aşağı düşüb. Belə…

Daha çox

Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir

“Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib. O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb: “2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib.…

Daha çox

Hakan Fidan iraqlı həmkarı ilə İŞİD-ə qarşı mübarizəni müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün IV Antalya Diplomatiya Forumu çərçivəsində İraqla Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi toplantısında bölgədə İŞİD-ə qarşı mübarizə məsələsini müzakirə edəcək. SİA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qeyd olunub ki, toplantıya Hakan Fidan və iraqlı həmkarı Fuad Hüseyn həmsədrlik edəcəklər. Tərəflər PKK və İŞİD-ə qarşı mübarizəni müzakirə etməyi planlaşdırır.

Daha çox

Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb

Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb. SİA xəbər verir ki, bu barədə ölkənin seçki mərkəzi məlumat yayıb. Səsvermə yerli vaxtla saat 9:00-da başlayıb və 20:00-da başa çatacaq. İlkin nəticələrin gecə yarısına qədər açıqlanması gözlənilir. Bu seçkilər iki fərqli səviyyədə keçirilir: bölgə (sosial və tibbi xidmətlərin təşkili) və bələdiyyə (infrastruktur və yerli idarəetmə məsələləri). Helsinki və Aland adalarında bölgə seçkiləri keçirilmir, çünki bu ərazilərdə müvafiq xidmətlər yerli hakimiyyət orqanları tərəfindən təmin olunur. Finlandiya Ədliyyə Nazirliyinin məlumatına görə, regional seçkilərdə ilkin səsvermədə seçicilərin 27,2 faizi, yerli seçkilərdə isə 28,4 faizi iştirak edib.…

Daha çox

Həcc mövsümündə turizm vizası ilə Məkkəyə daxil olmaq qadağandır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib. O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər: “Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır,…

Daha çox

Tacikistandakı zəlzələ daha iki ölkədə hiss olunub

Tacikistanda qeydə alınan 5,9 bal gücündə zəlzələ daha iki ölkədə hiss olunub. SİA xəbər verir ki, Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi Çimkent və Taraz şəhərlərində üç bal, Türküstanda iki bal intensivliyi ilə, habelə onlara ən yaxın yaşayış məntəqələrində iki-üç bal intensivlikdə yeraltı təkanlar qeydə alıb. Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Mərkəzinin məlumatına əsasən, Tacikistandakı güclü zəlzələ ölkədə 3 bala qədər hiss edilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Daha çox

Amerikalı qadın insan sümüklərinin qanunsuz onlayın satışına görə həbs edilib

Floridada qadın insan sümüklərinin qanunsuz satışına görə, həbs olunub. SİA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Məlumata görə, ABŞ-ın Florida ştatında yaşayan 52 yaşlı Kimberli Şopper, insan sümüklərinin qanunsuz onlayn satışı ilə əlaqədar olaraq həbs edilib. O, bu sümükləri bilərəkdən alaraq, onlayn suvenir mağazasında satışa çıxarıb. Onlayn mağazada insan sümükləri satışı Hüquq-mühafizə orqanları, mağazanın səhifəsində insan sümüklərinin satışına dair elanların ekran görüntülərini əldə etdikdən sonra araşdırmalara başlayıblar. Mağazanın məhsulları arasında körpücük sümüyü, kürək sümüyü, fəqərə, qabırğa və 600 dollar qiymətində olan natamam insan kəlləsi də olub. Məhkəmə-tibbi…

Daha çox

Polşada müxalifət çoxminli yürüş keçirib

Varşavada Polşanın ən böyük müxalifət partiyası “Qanun və Ədalət” (PiS) çoxminlik yürüş təşkil edib. SİA xəbər verir ki, bu barədə “Wiadomosci” qəzeti məlumat yayıb. Paytaxt meriyasının məlumatına görə, Varşavaya partiya tərəfdarlarının olduğu 200 avtobus gəlib, yürüşdə iştirak edənlərin ümumi sayı isə təxminən 20 min nəfər olub. Öz növbəsində, “PiS” Partiyasından Polşa Müdafiə Nazirliyinin keçmiş rəhbəri Mariuş Blaşak mitinqdə təxminən 100 min insanın iştirak etdiyini bildirib. Qeyd olunur ki, aksiya aprelin 18-də başlanacaq Polşa prezident seçkiləri ərəfəsində keçirilib. Eyni zamanda, tədbir rəsmi olaraq Polşa krallığının 1000 illiyinə və Prussiya krallığının 500…

Daha çox