Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib

Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşmasının önəmindən, Kayseridə “Şuşa” Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, şəhərlər arasındakı əlaqələrin perspektivləri müzakirə olunub, həmçinin tarixi Şuşa şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri haqqında məlumat verilib.…

Daha çox

Keyt Kelloq: “Rusiya bütün xətləri keçib..”

Trampın xüsusi nümayəndəsi Rusiyanın Sumiyə hücumuna cavab verib… …Bu gün rus qoşunları Sumıya ballistik raketlərlə zərbələr endirib, nəticədə çoxlu ölü və yaralılar olub. Bu hücum “bütün ədəb xətlərini keçir”. SİA X sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bunu Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. …Rusiya qoşunlarının Palm Bazar günü Sumidə mülki hədəflərə bugünkü hücumu hər cür ədəb-ərkanı aşır. Onlarla dinc sakin həlak olub və yaralanıb. Bunu general yazır. O əlavə edib ki, keçmiş hərbi komandir kimi o, hədəf zərbələrinin nə olduğunu başa düşür və…

Daha çox

Zaqatalada aksiya çərçivəsində 450-yə yaxın sakin müayinə olunub

Səhiyyə Nazirliyi, “PAŞA Holding” və All Medical klinikasının birgə təşəbbüsü ilə reallaşan “Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Zaqatala rayonu olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrində sağlamlıqla bağlı maarifləndirmə və erkən diaqnostika təşəbbüslərini genişləndirməyi qarşısına məqsəd qoyan “Fərqindəlik” layihəsi çərçivəsində aprelin 13-də Zaqatala şəhərindəki “Hayat Hospital”da tibbi aksiya keçirilib. Diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Zaqatala və ətraf rayonlardan sakinlər iştirak ediblər. “Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, aksiyanın məqsədi sağlamlıq xidmətlərini insanlara yaxınlaşdırmaq, mütəmadi tibbi müayinənin önəmini bir…

Daha çox

İngilis nazir Rusiyadan dərhal atəşkəs tələb edir

Böyük Britaniyanın baş naziri Keir Starmer Rusiyadan Ukraynadakı münaqişədə dərhal atəşi dayandırmağı tələb edib. SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsində yazıb. Siyasətçi Sumiyə edilən hücumdan hiddətləndiyini bildirib. Eyni zamanda o, Ukrayna lideri Vladimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi fikrini ifadə edib. … Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır, -deyə Starmer əlavə edib. Daha əvvəl bildirilmişdi ki, Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk Sumıda Rusiya Silahlı Qüvvələrinin hücumu zamanı mükafat almağa gələn hərbçilərin məhv edildiyini bildirib. Ali Radanın deputatı Maryana Bezuqla da…

Daha çox

Qarşıdakı günlərdə bəzi rayonlarında yağıntılar intensivləşəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan…

Daha çox

Tramp Poroşenko ilə Krımın mülkiyyətindən danışıb

…Donald Tramp ABŞ prezidenti kimi ilk müddətində Ukraynanın keçmiş lideri Petro Poroşenko ilə Krımın statusu ilə bağlı danışıb. SİA xəbər verir ki, bu barədə New York Times məlumat yayıb. Nəşrlə söhbətində Poroşenko qeyd edib ki, Trampın yarımadanın mülkiyyəti ilə bağlı sualı kəskin olub. Siyasətçinin sözlərinə görə, Amerika prezidenti bu və ya digər hallarda gözlənilməz, hətta nəzakətsiz şərhlər etməyi xoşlayır. …Tramp suala vicdanlı cavab ala biləcəyini soruşdu. Poroşenko razılaşdı. Daha sonra Tramp yaxınlaşaraq soruşdu: “Mənə deyin, Krım rusdur?” New York Times nəşri qeyd edir. Bundan əvvəl Dövlət Dumasının deputatı Mixail Şeremetin…

Daha çox

Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilsə də…

…müxalifət növbədənkənar seçkilərə can atır… …Türkiyədə müxalifətin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı kampaniyası çərçivəsində 10 milyondan çox imza toplanıb. SİA-nın məlumatına görə, bu barədə ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl Qara dənizin Samsun vilayətində keçirilən mitinqdə bildirib. Onun açıqlamalarını “Halk TV” yayıb. …Şənbə günü axşam saatlarına olan məlumata görə, növbədənkənar seçkilərin keçirilməsinin lehinə imzaların sayı 10 milyonu ötüb. Bununla belə, bizim daha böyük hədəfimiz var və birlikdə buna nail olmağa çalışacağıq. Bunu müxalifət lideri bildirib. Qeyd edilir ki, Türkiyədə növbədənkənar seçkilər…

Daha çox

Yaponiyada keçirilən “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub

Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb. SİA xəbər verir ki, “Ekspo 2025”in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak edib. Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ”Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi…

Daha çox

Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər

“Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. Ölkələr arasında çox yaxşı qardaşlıq münasibətlərinin mövcudluğuna toxunan azərbaycanlı diplomat Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycanda səfərdə olduğunu bildirib: “Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusuna malik olan Şimali Kiprin təşkilat daxilindəki fəaliyyətini bundan sonra da dəstəkləyəcək. Məsələyə daha geniş yanaşsaq, Şimali Kipr ilə Yunanıstan tərəfinin hüquqları ədalətli şəkildə təmin edilməlidir. Bütün amillər, o cümlədən tarixi, əxlaqi və beynəlxalq hüquq nəzərə alınmalıdır.…

Daha çox