İran ABŞ-la birbaşa danışıqları rədd edir…


İran Xarici İşlər Nazirliyi ABŞ-la birbaşa danışıqlara dair xəbərləri təkzib edib.

SİA xəbər verir ki, bu barədə İran televiziyasının efirində Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

…Bu şayiələr əsassızdır. “Onlar tamamilə əsassızdır” deyən iranlı diplomat Vaşinqton və Tehran arasında nüvə sazişi üzrə birbaşa danışıqların aparılması ehtimalını belə şərh edib.

… ABŞ və İran arasında dolayı danışıqların birinci raundu dünən Omanda başa çatıb.

Ev sahibi tərəf vasitəçi kimi çıxış edib.

Aprelin 12-də ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar başlayıb.

Mətbuat tərəflərin bəzi sanksiyaların məhdudlaşdırılması müqabilində yüngülləşdirilməsini müzakirə etdiklərini yazıb.

Əli Babayev

Əlaqəli Xəbərlər