Floridada qadın insan sümüklərinin qanunsuz satışına görə, həbs olunub. SİA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Florida ştatında yaşayan 52 yaşlı Kimberli Şopper, insan sümüklərinin qanunsuz onlayn satışı ilə əlaqədar olaraq həbs edilib. O, bu sümükləri bilərəkdən alaraq, onlayn suvenir mağazasında satışa çıxarıb.
Onlayn mağazada insan sümükləri satışı
Hüquq-mühafizə orqanları, mağazanın səhifəsində insan sümüklərinin satışına dair elanların ekran görüntülərini əldə etdikdən sonra araşdırmalara başlayıblar. Mağazanın məhsulları arasında körpücük sümüyü, kürək sümüyü, fəqərə, qabırğa və 600 dollar qiymətində olan natamam insan kəlləsi də olub. Məhkəmə-tibbi ekspertizası nəticəsində müəyyən edilib ki, satılan kəllə fraqmenti arxeoloji tapıntıdır və təxminən 100 ildən artıq yaşı var.
Kimberli Şopper həbs edildikdən bir gün sonra 7500 dollar zamin qarşılığında azadlığa buraxılı. Lakin ona qarşı insan qalıqlarının qanunsuz satışı ilə bağlı ittihamlar hələ də qüvvədədi.
Bu hadisədən əvvəl, Çində bir qrup dələduz krematoriyalardan və tibbi laboratoriyalardan qanunsuz olaraq insan cəsədləri və protezləri alaraq, təxminən 380 milyon yuan (təxminən 53 milyon dollar) gəlir əldə edib. Aparılan axtarışlar zamanı 18 ton sümük və 34 mindən çox hazır və ya tamamlanmaq üzrə olan protezlər müsadirə olunub.