…müxalifət növbədənkənar seçkilərə can atır… …Türkiyədə müxalifətin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı kampaniyası çərçivəsində 10 milyondan çox imza toplanıb. SİA-nın məlumatına görə, bu barədə ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl Qara dənizin Samsun vilayətində keçirilən mitinqdə bildirib. Onun açıqlamalarını “Halk TV” yayıb. …Şənbə günü axşam saatlarına olan məlumata görə, növbədənkənar seçkilərin keçirilməsinin lehinə imzaların sayı 10 milyonu ötüb. Bununla belə, bizim daha böyük hədəfimiz var və birlikdə buna nail olmağa çalışacağıq. Bunu müxalifət lideri bildirib. Qeyd edilir ki, Türkiyədə növbədənkənar seçkilər…
Daha çoxDay: April 13, 2025
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Daha çoxYaponiyada keçirilən “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb. SİA xəbər verir ki, “Ekspo 2025”in rəsmi açılışıda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak edib. Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ”Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi…
Daha çoxŞimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər
“Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. Ölkələr arasında çox yaxşı qardaşlıq münasibətlərinin mövcudluğuna toxunan azərbaycanlı diplomat Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycanda səfərdə olduğunu bildirib: “Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusuna malik olan Şimali Kiprin təşkilat daxilindəki fəaliyyətini bundan sonra da dəstəkləyəcək. Məsələyə daha geniş yanaşsaq, Şimali Kipr ilə Yunanıstan tərəfinin hüquqları ədalətli şəkildə təmin edilməlidir. Bütün amillər, o cümlədən tarixi, əxlaqi və beynəlxalq hüquq nəzərə alınmalıdır.…
Daha çoxUkraynada Sumı şəhərinə raketlər atılıb
Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 20-dən çox dinc sakin həlak olub. SİA xəbər verir ki, bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar teleqramda məlumat verib. “Palm bazarının bu parlaq günündə cəmiyyətimiz dəhşətli faciə yaşayıb. Düşmən dinc əhaliyə raket zərbəsi endirib. Təəssüf ki, 20-dən çox ölüm faktı artıq məlumdur”, – deyə o qeyd edib. Sumidə qurbanlar barədə məlumatı Prezident Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib: “Rusiya ordusu Sumı şəhərini raketlərlə vurublar və dinc sakinləri öldürüblər”, – o vurğulayıb.
Daha çoxAzərbaycan dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib
“Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya problemin həlli üçün heç bir əməli addım atmayıb: “İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin…
Daha çoxFransada prezident və baş nazirdən narazı olanların sayı artır
Fransa sakinlərinin üçdə ikisi Fransa prezidenti Emmanuel Makron və baş nazir Fransua Bayrunun siyasətini bəyənmir. SİA xəbər verir ki, bu barədə məlumatlar “Ipsos və CESI Ecole d’Ingenieurs” tərəfindən “La Tribune de Dimanche” qəzeti üçün apardıqları sorğuda yer alıb. Beləliklə, 1000 yaşlı fransız respondentin 70%-i Makronun ölkə prezidenti kimi fəaliyyətini bəyənmir ki, bu da bir ay əvvəlkindən 1 faiz bəndi çoxdur. Ona rəğbət bəsləyənlərin sayı da 1 faiz bəndi azalaraq 26 faizə düşüb, qalanları dəqiq cavab verə bilməyib. Həmçinin, bir ay ərzində baş nazir Fransua Bayrunun reytinqi xeyli aşağı düşüb. Belə…
Daha çoxErmənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir
“Azərbaycanın Ermənistanın 30 illik işğalına son qoyması ilə iki ölkə arasında münasibətlərin normallaşması və Cənubi Qafqaza sülhün gəlməsi üçün fürsət yaranıb”. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib. O, rəsmi Bakının 2021-ci ildə İrəvana düşmənçilik səhifəsini bağlamağı təklif etdiyini və bu çağırışın təxminən bir il cavabsız qaldığını xatırladıb: “2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndini Ermənistana təqdim etdikdən sonra həmin ilin oktyabr ayında iki ölkə arasında müzakirələr başlayıb. Sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistana təqdim edilib.…
Daha çoxHakan Fidan iraqlı həmkarı ilə İŞİD-ə qarşı mübarizəni müzakirə edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün IV Antalya Diplomatiya Forumu çərçivəsində İraqla Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi toplantısında bölgədə İŞİD-ə qarşı mübarizə məsələsini müzakirə edəcək. SİA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qeyd olunub ki, toplantıya Hakan Fidan və iraqlı həmkarı Fuad Hüseyn həmsədrlik edəcəklər. Tərəflər PKK və İŞİD-ə qarşı mübarizəni müzakirə etməyi planlaşdırır.
Daha çoxFinlandiyada regional və bələdiyyə seçkiləri başlayıb
Finlandiyada regional və bələdiyyə seçkiləri başlayıb. SİA xəbər verir ki, bu barədə ölkənin seçki mərkəzi məlumat yayıb. Səsvermə yerli vaxtla saat 9:00-da başlayıb və 20:00-da başa çatacaq. İlkin nəticələrin gecə yarısına qədər açıqlanması gözlənilir. Bu seçkilər iki fərqli səviyyədə keçirilir: bölgə (sosial və tibbi xidmətlərin təşkili) və bələdiyyə (infrastruktur və yerli idarəetmə məsələləri). Helsinki və Aland adalarında bölgə seçkiləri keçirilmir, çünki bu ərazilərdə müvafiq xidmətlər yerli hakimiyyət orqanları tərəfindən təmin olunur. Finlandiya Ədliyyə Nazirliyinin məlumatına görə, regional seçkilərdə ilkin səsvermədə seçicilərin 27,2 faizi, yerli seçkilərdə isə 28,4 faizi iştirak edib.…
Daha çox