Nigerdə fransız dilinin statusu dəyişdirilib

Niger hökuməti ölkənin rəsmi dili ilə bağlı sənədlərdə dəyişiklik edib. SİA xəbər verir ki, sonuncu – 2000-ci ildə qəbul edilmiş konstitusiyaya görə fransız dili dövlət dili, yerli dillər isə “milli dillər” statusuna malik idi. Konstitusiyanın 12-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı qərar artıq “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib. Qərara əsasən hausa rəsmi dil elan edilib. Fransız dilinin statusu isə işçi dil səviyyəsinə endirilib. Sənədə görə digər 9 dil, o cümlədən ərəb dili “Nigerdə danışılan dillər” kateqoriyasına daxil olunub. Hausa Niger və qonşu ölkələrdə ən çox danışılan dildir. Ölkə əhalisinin…

Daha çox

Ötən gün 45 cinayətin üstü açılıb

Aprelin 11-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb. Bundan başqa ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş…

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,68% artaraq 66,61 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 65,97 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,29 ABŞ dolları və ya 0,45 % artaraq 64,83 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də…

Daha çox

Əraqçi ABŞ ilə danışıqlar üçün Omana yola düşüb

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb. SİA xəbər verir ki, bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqaiyə istinadən bildirib. Onun sözlərinə görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir. Danışıqlardan əvvəl o, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək. ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək. Nümayəndə heyətlərinin İranın nüvə proqramını müzakirə edəcəyi ehtimal olunur.

Daha çox

Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlanıb

Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62×55 mm-lik mərmi, 2 ədəd 9×18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar…

Daha çox

Ordumuzun mövqeləri iki istiqamətdən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən atıcı silahlardan fasilələrlə atəşə tutulub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Daha çox

Yeni Qvineya sahillərində 6,2 maqnitudalı zəlzələ olub

Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri təxminən 26 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) 115 km şərqdə, ocağı isə 73 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Daha çox

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Aprelin 12-si dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. SİA xəbər verir ki, bu günün tarixi əhəmiyyəti təkcə bir insanın Yer orbitinə çıxması ilə bağlı deyil, bütövlükdə insanlığın kosmosa ilk dəfə ayaq açdığı gündür. Məhz 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Alekseyeviç Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer kürəsinin orbitinə çıxmaqla tarixə düşüb. Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib. SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu…

Daha çox

Tailandda yanan turist gəmisindən 26 nəfər xilas edilib

Tailandda sahildən 25 km aralıda dənizdə yanan turist gəmisindən 26 nəfər xilas edilib. SİA xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb. Hadisə şənbə günü səhər tezdən krallığın cənubundakı Phang Nqa əyalətində baş verib. Açıq dənizdə dalışa çıxan gəminin göyərtəsində 10 ekipaj üzvü və 16 turist olub. Gəmidə yanğın baş verdiyini gördükdən sonra onlar xilasedici qayığa minərək yoldan keçən gəmi tərəfindən xilas ediliblər. Gəmidə olan şəxslərdən heç kim xəsarət almayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.

Daha çox