Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix və gözəllik mənbəyidir

İlin fəsillərindən asılı olmayaraq Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. SİA xəbər verir ki, sanki, Tanrı bu Türkiyəni bir cənnət olaraq yer üzünə bəxş etmişdir. Türkiyəyə səyahət edən hər kəs cənnətə düşdüyünü anlayır. Türkiyənin gözəlliyi haqqında yüzlərlə səyyah öz əsərlərində qeydlər aparıblar. Məşhur səyyah Övliya Çələbi öz əsərlərində yazırdı ki, “Bu bölgə (Türkiyə) sanki cənnətdir. Dünyanın çox ərazisini gəzsəm də anladım ki, cənnət yalnız buradır.” Tək Övliya Çələbi yox, ta qədim zamanlardan üzü bəri Türkiyəyə üz tutan hər bir əcnəbi…

Daha çox

Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub. SİA xəbər verir ki, söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlanıb. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulanıb. Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Daha çox

Trampın xüsusi elçisi Ukrayna bölgüsü haqqında şayiələri təkzib etdi

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq “The Times” qəzetini Ukraynanın bölünməsi ilə bağlı sözlərini təhrif etməkdə günahlandırıb. SİA xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. Nəşr öz məqalələrindən birində bildirmişdi ki, Kelloq Ukrayna münaqişəsinin həlli çərçivəsində ölkənin Avropa və Rusiya arasında nəzarət zonaları şəklində bölünməsi ehtimalını qəbul edib. Qəzetin məlumatına görə, o, nümunə olaraq İkinci Dünya müharibəsindən sonra Berlinin bölünməsini göstərib. “Times” nəşrinin məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra Ukraynanın suverenliyini dəstəkləyəcək davamlılığı təmin edən qüvvələr haqqında danışırdım. Bölünmə müzakirələrində mən müttəfiq qüvvələrin (ABŞ…

Daha çox

Bakıda Dünya Futvolley Federasiyasının Baş Assambleyasının açılışı olub

Bakıda Dünya Futvolley Federasiyasının (Footvolley Worldwide) ilk dəfə keçirilən Baş Assambleyasının açılış mərasimi olub. SİA xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Futnet və Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov bu idman növünün inkişafına, dünya miqyasında tanınmasına töhfə vermək üçün Assambleyada iştirak edən ölkələrin nümayəndələri ilə birgə səylə çalışacaqlarını bildirib. Sonra Rusiya, Pakistan, Hindistan, İran, Moldova, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr futvolleydə daha çox uğura nail ola bilmək üçün dəstəklərini əsirgəməyəcəklərini bildirib, gələcək hədəflərdən bəhs ediblər. Ardınca qurumun il ərzində gördüyü işlər,…

Daha çox

SDU-da Ümumdünya Aviasiya və Kosmonavtika Günü qeyd olunub

Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurası və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə 12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü münasibətilə “Aviasiya və kosmonavtika: keçmiş, bu gün və gələcək” adlı elmi-maarifləndirici tədbir keçirilib. SİA xəbər verir ki, rəsədxanadan verilən məlumata görə, Sumqayıt Dövlət Universitetində keçirilən tədbirin əsas məqsədi kosmik tədqiqatların, aviasiya sahəsində əldə olunan nailiyyətlərin gənc nəslə çatdırılması, bu sahəyə marağın artırılması və elmin populyarlaşdırılmasıdır. Eyni zamanda, tələbələr və tədqiqatçılar üçün yeni elmi perspektivlər açmaq, onların bu istiqamətdəki…

Daha çox

Pakistanda 5 maqnitudalı zəlzələ olub

Pakistanda 5 maqnitudalı zəlzələ qeydə alınıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 85,4 min əhalisi olan Attok şəhərindən 19 km şimal-şərqdə, ocağı isə 39 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha çox

Bakıda Miniboss Biznes Məktəbinin 5-ci Startap Forumu keçirilir

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilir. SİA xəbər verir ki, təşkilatçısı Miniboss Biznes Məktəbi olan bu tədbir artıq Azərbaycanda sahibkarlıq sahəsində yeni bir ənənəyə çevrilib. Bu il Forumda 22 komanda iki istiqamət üzrə — SIFE (“Startups in Innovative Free Entrepreneurship”) və SAGE (“Startups for the Advancement of a Global Environment”) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdirirlər. Qeyd edək ki, SIFE — sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf…

Daha çox