Şərur rayonunda Regional Fermer Təlim Mərkəzi fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu məqsədlə rayon icra hakimiyyətinin əməkdaşlarının və fermerlərin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova kənd təsərrüfatının inkişafında fermerlərin mühüm rol oynadıqlarını bildirib. Vurğulayıb ki, bu səbəbdən onların bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sektor üzrə dünyada baş verən yeniliklərdən xəbərdar olması xüsusi əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər keçirilir, fermerlərin maarifləndirilməsi diqqətdə saxlanılır. Qeyd olunub…
Daha çoxDay: April 12, 2025
Ermənistanla kommunikasiyaların açılması təklifini Azərbaycan irəli sürüb
Ermənistanla kommunikasiyaların açılması təklifi erməni tərəfindən deyil, Azərbaycan tərəfindən irəli sürülüb. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib.
Daha çoxOğurluq və soyğunçuluq edənlər saxlanılıb
Bakı və Sumqayıt şəhərlərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra oğurluq və soyğunçuluq faktlarının üstü açılıb. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb. Keçirilən tədbirlərlə həmin talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb. Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefon olan əşyasını soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək tutulub.…
Daha çoxİran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək – YENİLƏNİB
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək – YENİLƏNİB
Daha çoxUnikal Əməkdaşlıq Modeli” adlı panel iclası keçirilir
Antalyada keçirilən IV Diplomatiya Forumunda “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panelə başlanıb. SİA xəbər verir ki, paneldə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sodyq S. Safoyev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevi, Qırğız Respublikası Xarici İşlər Nazirinin birinci müavini, prezidentin xüsusi nümayəndəsi Asein İsaev iştirak edir. Kapadokya Universitetinin rektoru Həsən Əli Karasarın moderatorluğu ilə keçirilən paneldə (TDT) bildirilib ki, Türk Dünyası üçün ticarət, enerji,…
Daha çoxNiderlandın XİN başçısı Ukraynada səfərdədir
Ukraynada rəsmi səfərdə olan Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Lvov şəhərini ziyarət edib. SİA Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Andrey Sadovoy bildirib. Nazir bir sıra işgüzar görüşlər keçirəcək.
Daha çoxAbşeronda genişmiqyaslı əməliyyat: Onlarla fakt aşkarlanıb
Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis bölmələrinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib…
Daha çoxAzərbaycan və Ermənistan XİN başçıları arasında müzakirələr
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub. Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edilib. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Daha çoxYem əlavələrinə dair sanitariya norma və qaydalar təsdiqlənib
Yem əlavələrinə dair sanitariya norma və qaydalar təsdiqlənib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollegiyası qərar qəbul edib. Yeni qaydalar insan sağlamlığını, heyvan sağlamlığı və rifahını, ətraf mühiti və istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə yem əlavələrinə dair tələbləri müəyyən edir. Həmçinin qaydalar texnoloji qarışıqlar və yem əlavəsi kimi istifadə olunan koksidiostatlar və histomonostatlar istisna olmaqla, digər baytarlıq preparatlarına, o cümlədən şəxsi istehlak üçün hazırlanan yem əlavələrinə şamil edilmir. Qeydiyyata alınmış yem əlavələrindən hazırlanan qarışıqların təkrar qeydiyyata alınması tələb olunmur. Azərbaycan ərazisində istehsal, emal olunan…
Daha çoxErmənistan üç ölkəyə yeni səfirlər təyin edib
Ermənistanın Yaponiya, Kamboca və Moldovada yeni səfirləri təyin edilib. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq fərmanları prezident Vaaqn Xaçaturyan imzalayıb. Yaponiyada səfir vəzifəsinə Monika Simonyan təyin edilib. Bu təyinata qədər o, Yaponiyadakı səfirlikdə ataşe vəzifəsində çalışıb. Ermənistanın Moldovadakı yeni səfiri Tiqran Qalstyandır, o, eyni zamanda ölkənin Rumıniyadakı diplomatik nümayəndəsidir. Ermənistanın Kambocadakı səfiri vəzifəsinə isə Suren Baqdasaryan təyin edilib. O, həmçinin ölkənin Vyetnamdakı nümayəndəsidir.
Daha çox