“Ermənistan konstitusiyasında ziddiyyətli məqamlar var”

Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib. Nazir deyib ki, bu mövzu Azərbaycan üçün olduqca vacibdir: “Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstituisyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir”. Ceyhun Bayramov Ararat Mirzoyanın iddiasına da cavab verib: “Azərbaycan Konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansısa bir ərazi və torpaq iddiası yoxdur”.

Daha çox

Almaniya ordusunun 100 min nəfər əlavə ehtiyat əsgərə ehtiyacı var

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) baş inspektoru Karsten Breuer ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə 100 min əlavə ehtiyat əsgərə ehtiyac olduğunu açıqlayıb. SİA xəbər verir ki, o, “Welt am Sonntag” nəşrinə müsahibəsində hazırda Bundesverin şəxsi heyətinin təxminən 182 min nəfərdən ibarət olduğunu bildirib. Qeyd edib ki, buna baxmayaraq, Almaniya NATO qarşısında götürdüyü öhdəliklər və Şərq cinahında artan təhlükəsizlik çağırışları fonunda 200 min aktiv əsgər olmaqla ümumilikdə 460 min nəfərlik hərbi potensiala ehtiyac duyur. Beləliklə, təxminən 260 min nəfərdən ibarət ehtiyat qüvvənin formalaşdırılması zərurəti yaranıb. General qeyd edib ki, ordu sıralarından son…

Daha çox

Şamaxıda zəlzələ olub

Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Maqnitudası 3.4 olan təkanların dərinliyi 12 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.

Daha çox

Hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi, tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub. SİA xəbər verir ki, MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Görüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Rusiyalı qonaqlara MMU-nun yaranma tarixindən, təhsil sistemindən, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Sonra Rusiya nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Nümayəndələrə…

Daha çox

Sərhəd naryadına atəş açan şəxs zərərsizləşdirilib

Dövlət sərhədini pozan mütəşəkkil cinayətkar dəstənin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, aprelin 8-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə…

Daha çox

“Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır”

Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib. Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib: “Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi yekunlaşacağına inanırıq”.

Daha çox

Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir

Gürcüstan üçün dinc və təhlükəsiz Cənubi Qafqaz ən vacib prioritetdir. SİA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsində bildirib. “Etiraf edirik ki, regionumuz böyük potensiala malikdir. Və bu potensialdan tam istifadə etmək üçün regionumuzda həqiqətən davamlı və uzunmüddətli sülhə ehtiyacımız var. Buna görə də biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq. Mən həqiqətən hesab edirəm ki, bu, böyük nailiyyətdir”, – xarici işlər naziri qeyd edib. Onun sözlərinə görə, Gürcüstan hər…

Daha çox

Rusiya və Türkiyə XİN başçıları görüş keçirirlər

Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidanın görüşü başlayıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Görüşün əvvəlində nazirlər bir-birinin əlini sıxıblar. Daha əvvəl S.Lavrov Sudan və Venesueladan olan həmkarları və İraq Kürdüstanının prezidenti ilə görüşüb.

Daha çox

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda…

Daha çox

Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edəcək

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 15-də saat 10:00-da Neftçala şəhərində Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA quruma istinadən xəbər verir ki, qəbul Neftçala şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən “Azərişığ”ın Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək. Qəbulda iştirak etmək istəyən şəxslər Neftçala Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Vətəndaşların diqqətinə çatıdırılır ki, qəbulda müraciətlər yalnız “Azərişığ”ın fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Daha çox