Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib

Aprelin 12-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, psixologiya sahəsində əlamətdar olan və tarixi əhəmiyyət daşıyan bu tədbir Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, ali təhsil müəssisələrinin psixologiya kafedraları, dövlət və özəl qurumlarda çalışan psixoloqların dəstəyi ilə ərsəyə gəlib. Konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə dövlət rəsmiləri, akademik dairələrin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti təmsilçiləri və psixologiya sahəsində fəaliyyət…

Daha çox

Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq ərazidə açılma, start mövqelərinin tutulması və texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi üzrə fəaliyyətlər icra olunub. Bölmələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Daha çox

Lukaşenko Ukrayna münaqişəsinin səbəblərini açıqlayıb

Millətçilik və iqtisadi çöküş Ukraynada silahlı münaqişəyə səbəb oldu. SİA-nın məlumatına görə, BELTA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. …Ukraynada müharibə ərəfəsində baş verənləri xatırlayın – yoxsul insanlar və super varlı oliqarxlar: Onlara millətçilik və onun ifrat forması – faşizm verildi… Bunu Lukaşenko qeyd edib. Belarus lideri əlavə edib ki, Ukrayna münaqişəsi də “iqtisadiyyatın məhvinə” əsaslanır. O qeyd edib ki, tez-tez Ukraynada baş verənlər haqqında düşünür. Bundan əvvəl Lukaşenko Ukraynanın nə vaxtsa Avropa Birliyinə qəbul ediləcəyinə şübhə edirdi. Əli Babayev

Daha çox

Səs siqnallarından əhalinin narazılıqlarını eşitməmək üçün necə istifadə etmək lazımdır?

Şəhərdə avtomobillərin səs siqnallarından düzgün istifadə etmək həm sürücülərin, həm də piyadaların rahatlığı və təhlükəsizliyi üçün vacibdir. Qanunvericiliyə görə, siqnal yalnız təhlükə zamanı istifadə olunmalıdır. Lakin reallıqda bir çox sürücü bu qaydalara əməl etmir və səs siqnalından lazım olmadıqda da istifadə edir. Bu isə şəhərdə səs-küyün artmasına və insanların narahat olmasına səbəb olur. Bəs görəsən, bu qaydalara əməl olunmamasının əsas səbəbi nədir və bu problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülə bilər? SİA mövzu ilə bağlı reportaj hazırlayıb. Məsələ ilə bağlı Bakı şəhər Yol Polis idarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və…

Daha çox

ANAMA nümayəndə heyəti BMT müşavirlərinin iclasında iştirak edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərinə rəsmi səfər edib. SİA xəbər verir ki, ANAMA-dan bildirilib ki, nümayəndə heyəti aprelin 9-11-də BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT müşavirlərinin 28-ci beynəlxalq iclasında iştirak edib. “Təhlükəsiz gələcək buradan başlayır” mövzusunda keçirilən beynəlxalq iclas çərçivəsində bir sıra plenar sessiya və yan tədbirlər təşkil edilib. Agentliyin nümayəndəsi tədbir çərçivəsində keçirilən “Milli potensialın inkişafı: minalarla mübarizədə effektiv lokallaşdırma” mövzusunda plenar sessiyada panelçi qismində…

Daha çox

Rada deputatı Zelenskiyə ABŞ siqnalını açıb…

..ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink-in istefası Vaşinqtonun prezident Vladimir Zelenski ilə əməkdaşlıq etmək istəmədiyini göstərir. SİA-nın məlumatına görə, bunu Teleqram kanalında dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski bildirib. …ABŞ-ın Ukraynadakı yeni səfiri prinsipcə münasibətlərin yenidən qurulmasıdır. Və onların Zelenskiyə mərc etmədiklərinə dair daha bir siqnaldır, əks halda Brinki tərk edərdilər, – siyasətçi qeyd edib. Dubinskinin sözlərinə görə, Amerikanın yeni səfiri Kiyevə qarşı “yeni siyasət həyata keçirmək üçün lazımdır. Qeyd edək ki, bir müddət əvvəl “Financial Times” qəzeti Brinkin ABŞ prezidenti Donald Trampın komandası tərəfindən…

Daha çox

Azərbaycan nümayəndə heyəti Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini anıb

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər çərçivəsində Potoçari şəhərində yerləşən Srebrenitsa Memorial Mərkəzində olub. SİA xəbər verir ki, komissiyanın katibi Qəzənfər Əhmədov, nümayəndə heyətinin üzvləri Zaur İsmayılov və Nicat Bədəlzadə, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin birinci katibi Emil Ağayev xatirə abidəsinin önünə əklil qoyub, Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad ediblər. Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun idarə heyətinin üzvü Saliha Cuderija Azərbaycan nümayəndə heyətini müşayiət edib. Anım mərasimindən sonra nümayəndə heyəti Memorial Mərkəzi ziyarət edib və burada daimi…

Daha çox

Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub. SİA xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir. Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs…

Daha çox

Bakıda son iki gündə 61 sürücünün qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb

Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Onlara bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.

Daha çox