Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilib

“Baku Tv” Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirə barədə videomaterial hazırlayıb. SİA xəbər verir ki, videomaterialda paneldəki müzakirə mövzularına toxunulub. Bildirilib ki, paneldə regiondakı son vəziyyət, Cənubi Qafqazda ölkələr arasındakı qonşuluq münasibətlərin irəliləməsi, Azərbaycan-Gürcüstan arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr aparılıb.

Daha çox

Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb

Moskva “Lokomotiv”inin və Ukrayna milli komandasının keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Strana.ua” nəşrinin Telegram kanalı məlumat yayıb. Mənbənin sözlərinə görə, keçmiş idmançı avtomobili sərxoş vəziyyətdə idarə edib. Sərnişin oturacağında olan qadının narahatlıq yaradaraq polis maşınının kapotuna çıxdığı qeyd edilir. Eyni zamanda, Əliyevin özü də İnstaqram səhifəsində onun ayıq olmadığı barədə məlumatı təkzib edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məşğul olmağı bacardığını deyib. Xatırladaq ki, ötən ilin avqustunda Əliyev rezonans doğuran bəyanatla çıxış edib. Oyunçu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc əhaliyə qarşı repressiyalar…

Daha çox

“Zəngəzur dəhlizi Cənubi Qafqazın möhkəmlənməsinin açarıdır”

Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda etimadın möhkəmləndirilməsi üçün mühüm tədbir kimi qiymətləndirilə bilər. SİA xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov IV Antalya Diplomatik Forumu çərçivəsində keçirilən “TDT: Unikal əməkdaşlıq modeli” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.

Daha çox

ABŞ və İran yeni nüvə sazişi üzrə ilk danışıqları aparıb

Danışıqlar İki saatdan çox davam edib… İran və ABŞ dolayı danışıqların birinci mərhələsini keçiriblər. SİA-nın məlumatına görə,RBC-Ukrayna IRNA-ya istinadən xəbər verir ki, tərəflər İranın nüvə proqramı və sanksiyaların ləğvi imkanlarını müzakirə ediblər. İran Xarici İşlər Nazirliyi Maskatda danışıqların birinci raundunun “konstruktiv atmosferdə və qarşılıqlı hörmətə əsaslanan” keçdiyini açıqlayıb. Nəşrin məlumatına görə, danışıqların liderləri İranın xarici işlər naziri Abbas Arakçitai və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi vasitəsilə İranın nüvə proqramı və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı öz hökumətləri arasında…

Daha çox

NDU-da bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib. SİA-nın məlumatına görə, Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə universitetin İncəsənət fakültəsində tələbələrin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub. Sonra bədii yaradıcılıq müsabiqə-festivalının açılış mərasimi keçirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə rektor Elbrus İsayev, Xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti…

Daha çox

Azərbaycanla Rusiya XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb. Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox

Rus aktrisa rus aktyoru bıcaqlayıb…

Lensovet Teatrının aktyoru İlya Del döş qəfəsindən bıçaq xəsarəti alaraq reanimasiyaya aparılıb. SİA-nın məlumatına görə, onu sevgilisi, Akimov adına Komediya Teatrının aktrisası Aleksandra Drozdova yaralayıb. Bu barədə Fontanka yazır. Hadisə şənbə günü, aprelin 12-nə keçən gecə Kazanskaya küçəsində baş verib. Aktyor özü təcili yardım çağırıb. Həkimlər ağır vəziyyətdə olan 40 yaşlı kişini Mariinski xəstəxanasına apararaq reanimasiyaya yerləşdiriblər. Hadisə yerinə gələn polis əməkdaşları 26 yaşlı sənətçini sorğu-sual üçün bölməyə aparıblar. …40 yaşlı ev sahibi 26 yaşlı sevgilisi ilə mübahisə zamanı döş qəfəsindən və qolundan bıçaq xəsarətləri alıb. Kişi xəstəxanaya yerləşdirilib –…

Daha çox

“Moskva Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırdır”

Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə kömək etməyə hazırdır. SİA Rusiya Xarici işlər Nazirliyinə istinadən xəbər verir ki, bunu XİN başçısı Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bildirib. “Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh sazişinin imzalanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb”, – məlumatda qeyd olunub.

Daha çox

Ceyhun Bayramov venesuelalı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb. SİA xəbər verir ki, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə Ceyhun Bayramov özünün “X” sosial media hesabında paylaşım edib. Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib. Eləcə də Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və burada Venesuelanın Azərbaycanın təşəbbüslərinə davamlı dəstəyi təqdirlə qarşılanıb.

Daha çox

Dubayda “Ədalət, sevgi və qlobal sülh” zirvəsi başlayıb

Dubayda “Ədalət, sevgi və qlobal sülh” zirvəsi öz işinə başlayıb. İki gün davam edəcək tədbirə on iki Nobel Sülh Mükafatı laureatı, dövlət başçıları, yüksək vəzifəli rəsmilər, biznesmenlər və dini liderlər, tanınmış idmançılar və kino ulduzları qatılıb. SİA yerli mətbuata istinadla xəbər verir ki, zirvə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq və birgəyaşayış üzrə naziri Şeyx Nəhyan bin Mübarək Al Nəhyanın himayəsi ilə keçirilir. Açılış mərasimində çıxış edən Federal Milli Şuranın üzvü Əli Raşid ən-Nuaymi sülhün sabitlik və inkişaf üçün əsas şərt olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Polşanın sabiq Prezidenti və Nobel laureatı…

Daha çox