Şirvan sakini tapdığı avtomatı polisə təhvil verib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. SİA xəbər verir ki, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini şəhər ərazisindən tapdığı 1 ədəd avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Daha çox

Trampı ölümlə hədələyən şəxs həbs edildi

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Donald Trampı və ölkə rəsmilərini öldürməklə hədələyən Pensilvaniya sakini Şon Monper adlı şəxsi həbs edib. SİA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 32 yaşlı Monper yutubda hədələr səsləndirib: “Pensilvaniya ştatının Butler şəhərinin sakini Şon Moper Prezident Donald Trampa, Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Maska, digər ABŞ rəsmilərinə, eləcə də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına hücum və onu öldürməklə hədələməkdə ittiham olunur”. Araşdırma zamanı məlum olub ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən az sonra…

Daha çox

Tramp CAR-da “ağ əhalinin soyqırımı” baş verdiyini iddia edib

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikası (CAR) iqtidarını ağ fermerlərin soyqırımında ittiham edib və buna görə Vaşinqton Yohannesburqda G20 sammitində təmsil oluna bilməz. SİA xəbər verir ki, bu barədə Amerika lideri öz fikrini “Truth Social” sosial şəbəkəsində bildirib. “Torpaqların müsadirəsi və soyqırımı əsas məsələ olduğu halda, bizdən çox vacib G20 görüşü üçün CAR-a getməyimiz necə gözlənilə bilər? G20-də olmaq istədiyimiz yer budurmu? Mən belə düşünmürəm!”, – Tramp yazıb. O vurğulayıb ki, CAR iqtidarı “ağ fermerləri və onların ailələrini öldürür”, media isə bundan danışmaqdan imtina edir. Tramp əlavə edib ki,…

Daha çox

Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir

Ukraynanın müdafiə sektoru və hökuməti xarici tərəfdaşlarla danışıqlar aparır və “Patriot” hava hücumundan müdafiə sisteminin analoqunu yaratmaq üçün öz layihələri üzərində işləyir. O, yalnız ABŞ tərəfindən təchiz edilir və bu gün Rusiya ballistik raketlərini vura bilən yeganə qurğudur. SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə brifinqdə Ukraynanın strateji sənaye naziri German Smetanin məlumat verib. “Hazırda Ukrayna ərazisində “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin analoqu yoxdur, lakin bizim müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik”, deyə Smetanin bildirib. Dünyanın analoji sistemlər istehsal edə bilən digər ölkələrinə gəlincə,…

Daha çox

Əminə Ərdoğan Suriyanın birinci xanımı ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyəyə səfər edən Suriya Prezidenti Əhməd Əl-Şaraanın həyat yoldaşı Lətifə Əl-Durubi ilə görüşüb. SİA bu barədə “TRT Haber”ə istinadən xəbər verir. Birinci xanımlar arasında görüş Nest Konqres və Sərgi Mərkəzində keçirilib. Görüş zamanı Əl-Durubi və Əminə Ərdoğan Suriyada qadın və uşaqlar üçün mümkün birgə səyləri müzakirə ediblər. Bundan başqa onlar Afrika Mədəniyyət Evinin stendini ziyarət ediblər.

Daha çox

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

Amerika Kino Sənəti və Elmləri Akademiyası tryukların dizaynında nailiyyətlərə görə “Oskar” mükafatının yeni kateqoriyasını yaradıb. SİA xarici mediaya istinadla xəbər verir ki, mükafata namizədlərin irəli sürülməsi və səsvermə qaydaları 2027-ci ildə elan olunacaq. Yeni kateqoriya mükafatın 100 illiyi ilə əlaqədar yaradılıb və kaskadyorların kino sənayesinə mühüm töhfəsini qeyd etmək üçün nəzərdə tutulub. “Biz texniki və yaradıcı heyətin yenilikçi işini şərəfləndirməkdən qürur duyuruq”, – deyə Amerika Kino Akademiyasının baş direktoru Bill Kramer və prezidenti Canet Yanq birgə bəyanatda bildiriblər. Tanınmış kaskadyorlar və tryukların koordinatorları Devid Leytç və Kris O’Hara “Oskar” nominasiyalarının…

Daha çox

Kremldən Putinlə Trampın telefon danışığı barədə açıqlama

Rusiya prezidenti ilə ABŞ lideri arasında yeni telefon danışığı nəzəri cəhətdən mümkündür. SİA xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Vladimir Putin arasında keçirilən görüşdən sonra bildirib. “Nəzəri cəhətdən bu mümkündür, bəlkə hə, ya da yox”, – Peskov deyib. Xatırladaq ki, Uitkoff 11 apreldə Rusiya lideri Vladimir Putinlə bağlı qapılar arxasında 4 saatdan çox müzakirə aparıb.

Daha çox

Bahalı olsa da, amma halal deyil..?

…Dağıstanın Karabudaxkənd rayonunda məktəb yeməkləri ətrafında qalmaqal yaşanır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Aktsentı” nəşri yazıb. Belə ki, Manaskent məktəbinin rəhbərliyi 1,1 milyon rubla 2,5 ton mal əti alıb, lakin yoxlama ətin halal standartlarına uyğun olmadığını göstərib. Bu, əhalinin əksəriyyətinin müsəlman olduğu və dini normalara riayət etdiyi regionda valideynlərin və ictimaiyyətin qəzəbli reaksiyasına səbəb olub. Maraqlıdır ki, rayonda halal əti adi mal ətindən daha ucuz qiymətə almaq olar. …Xatırladaq ki, 2024-cü ildə Rusiyada ən yaxşı halal məhsul artıq seçilib. Nazlı Almuradova

Daha çox

Britaniya Putini məsuliyyətə cəlb etməyin yolunu tapıb…

London Donald Trampın etirazlarına baxmayaraq, yaxın gələcəkdə bu təşəbbüsü dəstəkləmək niyyətindədir… …Britaniya Vladimir Putinin mühakiməsi üçün beynəlxalq tribunalın yaradılmasını fəal şəkildə dəstəkləyir. …Və yeni məhkəmə üçün əsas kimi Nürnberq məhkəmələri modelini təklif edir. SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, London Donald Trampın etirazlarına baxmayaraq, yaxın gələcəkdə bu təşəbbüsü dəstəkləmək niyyətindədir. …2025-ci ilin mayında Böyük Britaniya Ukraynaya qarşı hərbi təcavüzə görə Rusiyanın yüksək rütbəli nümayəndələrinə qarşı işlərə baxacaq beynəlxalq tribunalın yaradılmasını dəstəklədiyini rəsmən bəyan etmək niyyətindədir. London müharibənin başlaması və onun nəticələrinə görə…

Daha çox

ABŞ-ın dövlət borcu hazırda 36,6 trilyon dolları ötür…

ABŞ-ın Maliyyə Nazirliyi borc tavanını artırdığını elan edib …Amerika hakimiyyəti ölkənin milli borcunun yuxarı həddini artıraraq, onun daha da artması problemini iki il müddətinə bağlayacaq. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Skot Bessent prezident Donald Trampın başçılıq etdiyi ABŞ administrasiyası kabinetinin iclası zamanı deyib. Xatırladaq ki, ABŞ-ın dövlət borcu hazırda 36,6 trilyon dolları ötür ki, bu da ölkənin ÜDM-nin 122 faizdən çoxunu təşkil edir. Bununla belə, bu rəqəmə ayrı-ayrı dövlətlərin, korporasiyaların, fiziki şəxslərin borcları və ya sosial yardım və səhiyyə xidmətləri…

Daha çox